Məşhur amerikalı aktyor Robert Karradayn həyatına son qoyub.
Gündəm24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yaxınlarının bildirdiyinə görə, 71 yaşlı Karradayn illərdir psixi pozğunluqdan əziyyət çəkib və ötən gün intihar edib.
Qeyd edək ki, R.Karradayn “Nerdlərin qisası”, “Kovboylar”, “Evə gəlmək”, “Ara küçələr” kimi filmlərdə rol alıb.












