Rejissor Rob Rayner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıblar.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı “Vesti” nəşri məlumat yayıb.
78 yaşlı Rob Rayner və onun həyat yoldaşı, fotoqraf və prodüser Mişel Singer Raynerin bıçaq xəsarətləri olan cəsədləri Los-Ancelesin Brentvud rayonundakı evlərində aşkarlanıb.
Hadisə yerinə polislər gəlib, baş verənlərlə bağlı rəsmi versiya hələ açıqlanmayıb.
Qeyd edək ki, Rob Rayner “This Is Spinal Tap!”, “A Few Good Men”, “Being Charlie”, eləcə də Morqan Friman və Cek Nikolsonun rol aldığı “The Bucket List” (“Ölməzdən əvvəl”) kimi filmlərin rejissorudur.














