Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub.
Gündəm24.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib.
Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.
Video “Report”a məxsusdur:


11:32
Meyxanaçı Kərim Novruzovla vida mərasimi yaşadığı evdə baş tutub.
Gündəm24.az Teleqraf-a istinadən xəbər verir ki, meyxanaçının vida mərasimində ailə üzvləri və yaxın dostları iştirak ediblər.
Qeyd edək ki, Kərim Novruzov ötən gün vəfat edib. O, Maştağa qəbiristanlığında dəfn ediləcək.


















