Müğənni Rüfət Axundov bu dəfə paylaşdığı retro avtomobillə diqqət çəkib.
Axşam.az xəbər verir ki, tez-tez bahalı avtomobillərini nümayiş etdirən sənətçi bu dəfə klassik “Volqa” markalı maşını ilə video yayımlayıb.
Paylaşımda ən çox diqqət çəkən məqamlardan biri isə avtomobilin dövlət nömrə nişanı olub. Belə ki, maşının üzərində ifaçının ad və soyadının baş hərflərini əks etdirən “90 RA 333” nömrəsi yer alıb.














