Türkiyədə yeniyetmə öz ad günündə faciəvi şəkildə ölüb.
Gündəm24.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Antalyanın Kəpəz qəsəbəsində, Ulubatlı Həsən prospekti ilə Müftü Talat Əfəndi prospektinin kəsişməsində baş verib.
Məlumata görə, ad günü olan və 16 yaşı tamam olan Məhəmməd Durmaz qohumu, 15 yaşlı Həmzəgilə həm ad gününü qeyd etmək, həm də Qurban bayramı münasibətilə qonaq gedib.
Gecə saatlarında Məhəmməd qohumu Həmzənin idarə etdiyi motosikletlə evə qayıtmaq üçün yola düşüb. Motosiklet kəsişmədə yoldakı çuxura düşərək idarəetmədən çıxıb.
Nəticədə sürücü və sərnişin yola yıxılıb, motosiklet isə bir neçə dəfə aşaraq metrlərlə uzaqda dayanıb. Arxa oturacaqda sərnişin kimi əyləşən Məhəmməd Durmaz tarazlığını itirərək əvvəlcə yol ayırıcısına, daha sonra isə işıq dirəyinə çırpılıb.
Hadisəni görən şəxslərin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Hadisə yerinə gələn həkimlər yoxlama zamanı Məhəmməd Durmazın öldüyünü müəyyən ediblər.
Araşdırma aparılır.\lent.az














