“Qatarda halı pisləşmiş sərnişin “28 May” stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib”.
Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb:
“Qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”, – deyə məlumatda qeyd edilib.













