Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ölkə daxili pul köçürmələri ilə bağlı yeni məhdudiyyət müəyyənləşdirib. Bankın qəbul etdiyi yeni qərara əsasən, 24 İyun 2026-cı il tarixdən, ABB kartları vasitəsi ilə “m10” hesablarına pul köçürmək mümkün olmayacaq. Eyni zamanda müştərilər öz “m10” hesablarından ABB kartlarına da pul köçürə bilməyəcəklər. Bankın sözügedən addımı müştəriləri tərəfindən ciddi etirazla qarşılanıb. Lakin bank tərəfindən məhdudiyyətin səbəbi hələlik açıqlanmayıb.
Bir neçə gün ərzində sosial mediada ayrı-ayrı ABB müştərilərinin səsləndirdiyi şikayətlərin bəziləri aşağıdakı kimidir:






















