Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? – Kritik gəlişmə

17/12/2025 17:20
Gündəm, Manşet
55 3
Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? – Kritik gəlişmə
74
Baxış sayı

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov “Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. Hazırda ölkə hüdudlarından kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Onun Rusiyada olduğu bildirilir.

Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcəkmi?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, A.Abbasov “Mehdiyev işi”ndə bir çox məsələlərin aydınlaşdırılmasında mühüm rol oynaya bilər:

“Bu cinayət işinin gedişində dövlət və cəmiyyət üçün olduqca maraqlı məqamlar var. Abbas Abbasov həmin məsələlərin konkretləşdirilməsinə ciddi töhfə verə biləcək fiqurdur. Digər tərəfdən, bəzi sualların cavablandırılması Abbas Abbasovun özü üçün də vacibdir. Çünki Abbasovun Ramiz Mehdiyevlə hansı səviyyədə əlaqədə olması ciddi maraq doğurub.

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? - Kritik gəlişmə

Aydın Quliyev

Abbas Abbasov uzun illər Azərbaycanda məsul vəzifələrdə çalışıb, Baş nazirin müavini olub, oğlu isə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Bu baxımdan Abbasovun “Mehdiyev işi” üzrə həm prosesin sürətlənməsində, həm də faktların daha dolğun şəkildə üzə çıxarılmasında mühüm rolu ola bilər.

Onun nə dərəcədə səmimi ifadələr verəcəyi irəli sürülən ittihamların tam aydınlaşdırılmasına təsir göstərəcək. Hər halda, Abbas Abbasovun Azərbaycanda olması həm davam edən istintaq, həm də ittiham olunan şəxs kimi onun özü üçün daha məqsədəuyğundur”.

Ekspert deyib ki, Rusiyanın Abbas Abbasovu Azərbaycana təhvil verib-verməyəcəyi ilə bağlı dəqiq fikir söyləmək çətindir:

“Böyük ehtimalla Rusiya bu məsələdə ciddi müqavimət göstərəcək. Çünki Abbasov Rusiya dövlət və siyasi elitası ilə sıx təmaslarda olub. Son illərdə Rusiyada yaşaması, biznes və siyasi dairələrlə geniş əlaqələrinin olması onun Azərbaycana ekstradisiyasına ciddi maneə yarada bilər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov məsələyə belə münasibət bildirib:

“Abbas Abbasov sıradan şəxs deyil, geniş əlaqələrə malik fiqurdur. O, uzun müddət Rusiyada yaşayıb. “Milyarderlər ittifaqı”nın qeydiyyata alınması məhz Abbas Abbasov tərəfindən həyata keçirilib. Bu baxımdan onun istintaqa cəlb olunması gözlənilən idi. Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsində, operativliyin təmin edilməsində, eləcə də Ramiz Mehdiyevə aid olduğu bildirilən və ilk nüsxəsi AXCP sədri Əli Kərimlinin evində tapılan məktubun Rusiyadakı müəyyən dairələrə çatdırılmasında Abbas Abbasovun birbaşa iştirakı olub.

Ramiz Mehdiyev belə bir məktubu etibar etmədiyi şəxslər vasitəsilə göndərməzdi. O bu sahədə təcrübəsi olan və güvəndiyi şəxsə müraciət edərdi. Həmçinin məxfi məlumatların daşınması prosesində də Abbas Abbasovun rolunun olduğu iddia edilir”.

Hüquqşünas deyib ki, onun Azərbaycana qaytarılması məsələsi mürəkkəbdir:

“A.Abbasovun istintaqla könüllü şəkildə əməkdaşlıq etməsi daha məqsədəuyğun olardı. Cinayət işi Cinayət Məcəlləsinin 278-ci maddəsi — “dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və ya zorla saxlanılması, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş hərəkətlər” üzrə açılıb. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu cinayətin törədilməsində iştirak etmiş, lakin dövlətə böyük zərər vurmamış şəxslər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdikləri təqdirdə məsuliyyətdən azad edilə bilərlər. Təbii ki, bu, cəmiyyət tərəfindən düzgün qiymətləndirilməlidir.

Abbas Abbasov gecikdi, bu addımı daha əvvəl atmalı idi. Lakin istintaqdan yayınması səbəbindən barəsində axtarış elan edilib. Adları hələlik hallanmayan digər şəxslər də bu prosesdən nəticə çıxarmalıdırlar”.

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? - Kritik gəlişmə

Xəyal Bəşirov

X.Bəşirov vurğulayıb ki, Abbas Abbasov Azərbaycan vətəndaşlığından çıxıbsa, Bakıya təhvil verilməsi prosesi çətinləşə bilər:

“Çünki Moskva onun Rusiya vətəndaşlığını əsas götürə bilər. Lakin bu, Kremlin haqlı mövqedə olduğu qənaətinə gəlməyə əsas vermir. Çünki Abbas Abbasova irəli sürülən ittihamlar onun Azərbaycan vətəndaşı olduğu dövrə aiddir. Azərbaycan və Rusiya arasında cinayət törətmiş şəxslərin qarşılıqlı təhvil verilməsi ilə bağlı müvafiq razılaşmalar mövcuddur. Azərbaycan indiyədək analoji hallarda cinayətkarları Rusiyaya təhvil verib. Əgər əks proses baş verərsə, bu, səsləndirilən ittihamların doğruluğunu bir daha təsdiqləmiş olar. Gələcəkdə isə onun barəsində Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiyabi hökm çıxarıla bilər”.

Oxşarxəbərlər

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
Gündəm

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

29/04/2026 13:48
54
Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR
CƏMİYYƏT

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

29/04/2026 13:33
58
Məşhur polkovnik vəfat etdi
Gündəm

Məşhur polkovnik vəfat etdi

29/04/2026 09:46
58
Daha bir “tiktoker” həbs olundu
Gündəm

Daha bir “tiktoker” həbs olundu

28/04/2026 20:23
55
Prezident və ailəsinin Qəbələdən səmimi FOTOSU
Manşet

Prezident və ailəsinin Qəbələdən səmimi FOTOSU

28/04/2026 20:07
53
Prezident sürücülük vəsiqəsi ilə bağlı QANUN İMZALADI
Manşet

Prezident sürücülük vəsiqəsi ilə bağlı QANUN İMZALADI

28/04/2026 14:43
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

29/04/2026 15:17
50
Trampdan İrana TƏHDİD: “Tez ağıllanmasa, məhv edəcəm”

Trampdan İrana TƏHDİD: “Tez ağıllanmasa, məhv edəcəm”

29/04/2026 14:49
50
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK: Nələr olacaq?

Sürücülük vəsiqələri ilə bağlı YENİLİK: Nələr olacaq?

29/04/2026 14:27
50
Türkiyədə HƏYƏCAN TƏBİLİ: Ankara təcili HƏRƏKƏTƏ KEÇDİ

Türkiyədə HƏYƏCAN TƏBİLİ: Ankara təcili HƏRƏKƏTƏ KEÇDİ

29/04/2026 14:12
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.