ABŞ-da dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib.
Gündəm24.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, bir həftə əvvəl orta qiymət 6,17 dollar idi.
Ötən ildən bəri ABŞ-də dizel yanacağının qiyməti az qala iki dəfəyə qədər artıb. Bir il əvvəl dizel yanacağının qiyməti istehlakçılara 3,7 dollara başa gəlirdi.













