ABŞ qanunvericiliyinə əsasən, bu, prezidentə Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiq etmək səlahiyyəti verir.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq etmək səlahiyyəti verən fərman imzalayıb və adanın yaratdığı iddia edilən təhlükə səbəbindən ABŞ-da rəsmi fövqəladə vəziyyət elan olunub.
Fərmanda göstərilir ki, “ABŞ-a idxal edilən və Kubaya birbaşa və ya dolayı yolla neft satan digər ölkələrin məhsullarına əlavə ad valorem rüsum tətbiq edilə bilər”, lakin rüsumların dəqiq dərəcəsi hələ müəyyən edilməyib. Sənəddə həmçinin vurğulanır ki, Kuba ABŞ-a zərər verən və onu təhdid edən hərəkətlər edir və ABŞ-a düşmən olan qurumlarla həmrəylik nümayiş etdirir; bu siyahıda Rusiya, Çin və İran da yer alır.
Tramp fərmanı açıqlayarkən Kubanın iqtisadiyyatını boğmaq niyyətində olmadığını, lakin ölkənin siyasi sistemini tənqid etdiyini bildirib. Kubanın xarici işlər naziri Bruno Rodrigez Parrilla isə ABŞ-ın yeni tədbirlərini qətiyyətlə pisləyib.
Sədaqət Həsənova














