ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms D. Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.
Gündəm24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki hesabında vitse-prezident Ceyms D. Vensin gələn ay Azərbaycana səfər edəcəyini açıqlayıb. Tramp paylaşımında, keçən ilin avqustunda imzalanan Sülh Sazişinə sadiq qaldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib və səfərin sülh səylərini gücləndirmək məqsədi daşıdığını vurğulayıb. Prezident əlavə edib ki, Vaşinqton Azərbaycanla strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək, həmçinin yarımkeçirici istehsalçıları ilə sövdələşmələr və ABŞ müdafiə avadanlıqlarının satışını irəli aparacaq.













