ABŞ-ın xüsusi nümayəndəsi Uitkoffun HƏMAS liderlərindən biri Xalil əl-Xayeylə 19 noyabrda İstanbulda keçirilməsi planlaşdırılan görüşü ləğv edilib.
Gündəm24.az-ın Al Arabiya mənbələrinə istinadən verdiyi xəbərə görə, qərarın əsas səbəbi İsrail tərəfindən göstərilən ciddi tənqid və təzyiqdir.
Tel-Əviv hesab edir ki, belə bir görüş Vaşinqtonun HƏMAS-ı dolayısı ilə tanıması kimi qəbul oluna bilər və bu da Qəzza ilə bağlı ABŞ planının həyata keçirilməsi üçün radikal qrupla aparılan dolayı danışıqları çətinləşdirə bilər.
Əli Səfərli,
Gündəm24.az














