Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ali təhsillilər üçün hərbi xidmət müddəti azaldılacaq? – AÇIQLAMA

07/05/2026 11:25
CƏMİYYƏT
851 9
Ali təhsillilər üçün hərbi xidmət müddəti azaldılacaq? – AÇIQLAMA
711
Paylaşım sayı
988
Baxış sayı

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb və bu məsələ cəmiyyətdə geniş maraq doğurur.

 

Qloballaşan dünyada insan kapitalının dəyərinin artması, gənclərin əmək bazarına daha tez inteqrasiyası və peşəkar kadr potensialının qorunması kimi amillər bu təşəbbüsü gündəmə gətirən əsas səbəblər kimi göstərilir. Eyni zamanda, bir sıra ölkələrdə artıq tətbiq olunan diferensial hərbi xidmət modelləri bu istiqamətdə alternativ yanaşmaların mümkünlüyünü göstərir.

 

 Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması müdafiə qabiliyyətinə, əmək bazarına və sosial ədalət prinsipinə necə təsir göstərə bilər? Bu dəyişiklik uzunmüddətli perspektivdə hansı nəticələrə yol aça bilər?

 

Deputat Aydın Mirzəzadə Sfera.az–a açıqlamasında bildirib ki, indiki dövrdə hərbi xidmət müddəti optimaldır:

 

 

“Ali təhsillilər 1 il, orta təhsillilər 1 il yarım hərbi xidmətdən keçirlər. Bu normaldır. Bununla da hər bir kəsin vətən qarşısındakı borcu ödənilir. Eyni zamanda hər bir kəs gələcək üçün ehtiyatlı olan hərbi kadrlardır. Fikrimcə bu ən optimal variantdır”.

 

Hərbi ekspert Anar Şuşalı isə bildirib ki, Azərbaycanda ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı məsələ cəmiyyətdə müxtəlif suallar doğurur:

 

 

“Hazırda qüvvədə olan qaydalara əsasən, ümumi hərbi xidmət müddəti 18 ay, ali təhsilli şəxslər üçün isə 12 aydır. Yəni təhsil səviyyəsinə görə fərqləndirmə prinsipi artıq tətbiq olunur. Müzakirə edilən yeni model isə bu fərqi daha da artıraraq, ali təhsillilər üçün xidmət müddətinin daha da qısaldılmasını nəzərdə tutur. Bu modelin tətbiqi müəyyən mənada real görünür. Çünki son illərdə hərbi sistemdə optimallaşdırma və modernləşmə istiqamətində addımlar atılır, eyni zamanda peşəkar ordu modelinə keçid meyilləri güclənir. Bu baxımdan, daha qısa müddətli, lakin daha ixtisaslaşmış xidmət modeli strateji baxımdan uyğun hesab oluna bilər”.

 

Ekspert qeyd edib ki, bu dəyişiklik bir sıra müsbət nəticələr vəd edə bilər:

 

“İlk növbədə, ali təhsilli şəxslərin əmək bazarına daha tez qayıtması iqtisadi baxımdan faydalı ola bilər. Digər tərəfdən, bu kateqoriyadan olan şəxslərin texniki və ixtisaslaşmış sahələrdə daha effektiv istifadəsi ordunun keyfiyyət göstəricilərini artıra bilər. Lakin məsələnin riskli tərəfləri də var. Xidmət müddətində fərqlərin artırılması cəmiyyətdə sosial bərabərliklə bağlı narazılıqlar yarada bilər. Bundan əlavə, çox qısa müddətli xidmət hərbi hazırlığın keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, bəzi hallarda yalnız xidmət müddətini azaltmaq məqsədilə formal ali təhsilə yönəlmə riski də mövcuddur. Ümumilikdə, bu təşəbbüsün tam və kəskin formada tətbiqindən daha çox, mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirilməsi daha real görünür. Əsas məqsəd isə təhlükəsizlik ehtiyacları ilə sosial ədalət və iqtisadi səmərəlilik arasında optimal tarazlığın qorunmasıdır”.

Oxşarxəbərlər

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
CƏMİYYƏT

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
952
Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
976
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
952
Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

21/09/2026 08:00
952
Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.