Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

08/07/2026 10:40
CƏMİYYƏT
798 42
Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?
695
Paylaşım sayı
965
Baxış sayı

Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olundu. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək.

Gündəm24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Qanuna təklif edilən dəyişikliklər sığortaya əlçatanlığı artırmaqla yanaşı əhatə dairəsinin də genişlənməsinə səbəb olacaq.

İqtisadçı bildirib ki, könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödəniləcək:

Hazırda qüvvədə olan Qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib. Belə ki, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur. Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək.  Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək”.

Vüqar Bayramov vurğulayıb ki, dəyişiklikdən sonra əlilliyi olmayanlara da sığorta ödəniləcək:

“Digər mühüm dəyişiklik sığorta hadisəsi zamanı əlillik dərəcəsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin nəzərə alınmasıdır. Belə ki, mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi.

Hazıda qüvvədə olan Qanuna əsasən  peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək. Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir”.

Oxşarxəbərlər

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
952
“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI
CƏMİYYƏT

“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI

22/09/2026 16:58
953
Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı
CƏMİYYƏT

Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı

22/09/2026 16:45
956
Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI
CƏMİYYƏT

Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI

22/09/2026 16:22
969
“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
CƏMİYYƏT

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

22/09/2026 15:57
978
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı
CƏMİYYƏT

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı

22/09/2026 15:38
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO

22/09/2026 18:35
1k
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

22/09/2026 18:32
954
Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır – BƏYANAT

Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır – BƏYANAT

22/09/2026 18:28
952
Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

22/09/2026 18:28
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.