Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, klublarımız keçirilən hər üç oyunda qalib gəlib.
Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.
Bu, qitə miqyaslı klub turnirləri tarixində ikinci belə hadisədir. Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlmişdi.
2013/14 mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metalurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib.













