Qazaxıstan Rusiyada müşahidə olunan yanacaq çatışmazlığı fonunda Azərbaycandan aviasiya yanacağı idxalı imkanlarını nəzərdən keçirir.
Gündəm24.az xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyi ölkənin energetika naziri Yerlan Akkenjenova istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, Qazaxıstan hazırda aviasiya yanacağının tədarükünün şaxələndirilməsi istiqamətində müxtəlif variantları qiymətləndirir. Bu çərçivədə Azərbaycanla yanaşı, Çin və Türkmənistandan da təyyarə yanacağının idxalı imkanları müzakirə olunur.












