Xızı rayonunun Altıağac qəsəbəsində və ətraf kəndlərdə müşahidə olunan dəhşətli və intensiv yağıntılar güclü sel sularının yaranmasına səbəb olub.
Gündəm24.az xəbər verir ki, təbii fəlakət nəticəsində ərazidəki infrastruktur ciddi ziyan görüb və kəndlər arasında gediş-gəliş tamamilə kəsilərək əlaqə itib.
Yaranmış fəsadların aradan qaldırılması və təbii fəlakətin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən dərhal təxirəsalınmaz işlərə başlanılıb.
Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, yolların bərpası və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün operativ tədbirlər həyata keçirilir./NOCOMMENT.az














