Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə onun meyiti tapılıb.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.
Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.
Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.














