Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda iş saatları AZALDILIR

24/02/2026 23:19
CƏMİYYƏT
791 42
Azərbaycanda iş saatları AZALDILIR
689
Paylaşım sayı
957
Baxış sayı

Azərbaycanda iş saatlarının dəyişdirilməsi və ya azaldılması, eləcə də evdən işləmə imkanının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri müzakirə olunur. Bu dəyişikliklərin həm işəgötürənlər, həm də işçilər üçün hansı hüquqi və maliyyə təsirlər yaradacağı sual doğurur. Xüsusilə iş vaxtının azaldılması fonunda əməkhaqlarının aşağı düşüb-düşməyəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.

Gündəm24.az  xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, əməkhaqqı səviyyəsi bir sıra parametrlər və amillərin təsiri altında formalaşır və iş saatı, eləcə də əmək münasibətlərinin forması bu məqamda nəzərə alınan faktorlardan biridir:

“Eyni zamanda bazarda tələb və təklif səviyyəsi, həmçinin əmək məhsuldarlığı mühüm rol oynayır. Əgər iş saatlarının azaldılması və ya məsafədən işləmə imkanlarının yaradılması əmək məhsuldarlığının artması ilə nəticələnərsə, bu halda əməkhaqqının azaldılmasına ehtiyac yoxdur. Əksinə, təcrübə göstərir ki, əməkhaqqı məhsuldarlığı təşviq edən əsas vasitələrdən biridir və onun artırılması daha yaxşı nəticələrə gətirib çıxara bilər. Lakin yeni iş formatları məhsuldarlığa mənfi təsir edərsə, gün ərzində bir işçiyə düşən istehsal həcmi və görülən işlərin miqdarı azalarsa, bu, əməkhaqqının aşağı salınması istiqamətində təzyiqlər yarada bilər. Burada əsas məsələ dəyişikliklərin hansı formada tətbiq olunmasıdır”.

Ekspert deyib ki, bu iş saatlarının azaldılması kütləvi şəkildə həyata keçirilərsə, məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər:

“Əksinə, məhsuldarlıq azalarsa və bu, müəssisənin gəlirlərinə mənfi təsir göstərərsə, əməkhaqqı fondu ilə bağlı qərarlara yenidən baxılması gündəmə gələ bilər. Məsafədən işləmənin isə hər iki tərəf üçün müəyyən üstünlükləri var. İşəgötürən ofis xərclərinə qənaət edə, resurslardan daha səmərəli istifadə edə bilər. İşçi isə nəqliyyat və digər gündəlik xərclərini azaldaraq vaxtını daha effektiv idarə etmək imkanı qazanır. Bu üstünlüklər müəyyən hallarda əməkhaqqı məsələsinin qarşılıqlı razılaşma əsasında müzakirəsinə səbəb ola bilər”.

O deyib ki, əməkhaqqının real səviyyəsini müəyyən edən əsas amillər yenə də bazarda tələb və təklif nisbəti, eləcə də əmək məhsuldarlığıdır.

“İş saatlarının azaldılması və ya məsafədən iş forması əmək münasibətlərinin təşkili üsuludur və məhsuldarlığa təsiri həlledici rol oynayır. İşəgötürənlər bu şərtləri əməkhaqqı ilə əlaqələndirərək fərqli yanaşmalar tətbiq edə bilərlər və bu, tərəflər arasında danışıqlar predmetinə çevrilə bilər”.

Oxşarxəbərlər

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”
Manşet

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
959
Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı
CƏMİYYƏT

Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı

23/09/2026 14:39
952
Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var
Manşet

Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var

23/09/2026 13:50
978
40 İlin Həkimini İşdən Çıxarmışdı – Özü Vəzifədən Azad Edildi
Manşet

40 İlin Həkimini İşdən Çıxarmışdı – Özü Vəzifədən Azad Edildi

23/09/2026 13:09
966
DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi
CƏMİYYƏT

DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi

23/09/2026 11:11
956
“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı
CƏMİYYƏT

“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı

23/09/2026 10:08
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
959
Domino oynayan şəxslər 3 min manat cərimləndilər

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

23/09/2026 14:49
955
SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

23/09/2026 14:47
955
Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

23/09/2026 14:45
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In