Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın Dini Konfessiya rəhbərlərindən SƏRT BƏYANAT

08/04/2026 20:58
CƏMİYYƏT
48 3
Azərbaycanın Dini Konfessiya rəhbərlərindən SƏRT BƏYANAT
65
Baxış sayı
Azərbaycandakı Dini Konfessiya rəhbərləri ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlara dair bəyanat yayıblar.

Gündəm24.az  xəbər verir ki, bəyanatda qeyd edilib:

“Biz, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlığımızı və dərin təəssüfümüzü ifadə edirik. Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.

Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır. BDAK-ın bu yanaşması Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir.

Bu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və sabitliyin təşviqində rolunun tanınmasının nümayişi və qlobal miqyasda dinlərarası dialoqun təşviqinə sadiqliyinin sübutu olaraq, ölkəmizin ABŞ Prezidentinin rəhbərliyi altında yaradılmış Sülh Şurasına dəvət olunduğu və sonradan təsisçi üzv dövlət kimi həmin Şuraya qoşulduğu bir dövrdə narahatlıq doğurur.

Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır. Bu, din və ya etiqaddan sui-istifadə şəraitində təhlükəsizlik riskləri və çağırışların artması fonunda baş verir. Ölkə Prezidenti və müvafiq milli qurumlar dini icma nümayəndələrinin ehtiyac və qayğılarını prioritetləşdirərək, onlarla mütəmadi qaydada görüşürlər.

Azərbaycan dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir. İcmalarımız gündəlik həyatlarında belə bir firavan mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər.

Dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb.

Bu baxımdan, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur. Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir.

Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması, həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb.

Azərbaycanın uzun dövrə dayanan dini plüralizm və tolerantlıq ənənəsi tanınmış beynəlxalq dini liderlər tərəfindən mütəmadi şəkildə alqışlanıb. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk və digər nümayəndələr yer alır. Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq ölkəmizi dünya üçün nümunə adlandırıb.

Bundan əlavə, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib dəfələrlə Azərbaycanı dinlərarası harmoniya və İslam-daxili birlik nümunəsi kimi alqışlayıb.

Azərbaycanın dini yerlərin mühafizəsi və bərpası səyləri sərhədlərini aşır. Heydər Əliyev Fondunun Vatikan şəhərinin mədəni və xristian irsinin, o cümlədən Divarların Xaricində Müqəddəs Pavel Papa Bazilikasının fasadlarının bərpasında dəstəyi və iştirakı Müqəddəs Taxt-Tac tərəfindən minnətdarlıqla qarşılanıb.

Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir. Bu Forum BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi dəfələrlə təqdir olunub və bu, BMT Baş Assambleyasının bir sıra qətnamələrində davamlı olaraq öz təsdiqini tapıb.

Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 (BMT-nin İqlim Dəyişmələri Konfransı) çərçivəsində 55 ölkədən və 30 beynəlxalq təşkilatdan 300 dini lider və nümayəndənin iştirakı ilə Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməklə multikulturalizmin lideri rolunu bir daha təsbit edib.

Yuxarıda göstərilən bütün misallar diqqətə alındıqda, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.

Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir”.

Oxşarxəbərlər

Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi
CƏMİYYƏT

Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi

10/04/2026 15:48
52
Maşında yüksək səslə mahnıya qulaq asmaq qadağandır – 100 manat cərimə…
CƏMİYYƏT

Maşında yüksək səslə mahnıya qulaq asmaq qadağandır – 100 manat cərimə…

10/04/2026 15:12
54
Azərbaycanda nikahla bağlı YENİLİK – Nələr olacaq?
CƏMİYYƏT

Azərbaycanda nikahla bağlı YENİLİK – Nələr olacaq?

10/04/2026 14:14
72
Sabahın hava proqnozu açıqlandı
CƏMİYYƏT

Sabahın hava proqnozu açıqlandı

10/04/2026 14:02
58
Bakıda dispanserin iyrənc vəziyyəti hamını şoka saldı – GÖRÜNTÜLƏR
CƏMİYYƏT

Bakıda dispanserin iyrənc vəziyyəti hamını şoka saldı – GÖRÜNTÜLƏR

10/04/2026 13:33
53
Toylarda yeni xidmət… – “kirayə dostlar”
CƏMİYYƏT

Toylarda yeni xidmət… – “kirayə dostlar”

10/04/2026 13:06
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

10/04/2026 15:54
54
SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

10/04/2026 15:53
53
Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

10/04/2026 15:53
51
Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

10/04/2026 15:51
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
115

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.