Azərbaycan əsilli tanınmış bloger Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı hücuma məruz qalıb.
Gündəm24.az xəbər verir ki, insident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə dediyi sözlərdən sonra baş verib.
Belə ki, bloger canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək blogerə zərbələr endirib.
Xatırladaq ki, bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.
Onu bildirək ki, şiddət ehtiva etdiyi üçün görüntüləri yayımlamağı məqbul hesab etmirik.














