Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanlılar kütləvi deportasiya oluna bilər – Almaniya sərt addımlara hazırlaşır

07/12/2025 07:00
Manşet, Siyasət
45 1
Azərbaycanlılar kütləvi deportasiya oluna bilər – Almaniya sərt addımlara hazırlaşır
58
Baxış sayı

Almaniyanın miqrasiya siyasətində yeni və mübahisəli bir mərhələ başlayır. Belə ki, Bundestaqda qəbul olunan dəyişikliklər ölkəyə miqrant axınının idarə olunmasını daha sərt çərçivəyə salır və sığınacaq qaydalarında ciddi yeniliklərə yol açır. Qanun həm siyasi spektrin müxtəlif partiyalarını qarşı-qarşıya qoyub, həm də xarici vətəndaşlar üçün gələcək prosedurların necə dəyişəcəyi ilə bağlı suallar yaradıb.

Bəs bu dəyişikliklər Almaniyada mühacirət etmiş azərbaycanlıların deportasiya olunmasına səbəb ola bilərmi?

Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, verilən qərarlar Almaniyanın daxili işidir və buna kimsə mane ola bilməz:

“Azərbaycan hökuməti də illərdir eyni mövqedə dayanır. Məsələn, hansısa ölkə Azərbaycanın daxili siyasətinə dair fikir söyləyəndə, rəsmi Bakı dərhal bildirir ki, bu, ölkənin daxili işidir və kənar müdaxilə yolverilməzdir. Burada əsas məsələ Almaniya hökumətinin bunu hansı əsasla müzakirə etməsidir. Maraqlıdır, nə üçün miqrasiya məsələsi bu qədər narahatlıq doğurur? Vaxtilə kansler Angela Merkel dəfələrlə vurğulamışdı ki, Almaniya iqtisadiyyatının inkişafı üçün miqrantların qəbulu hətta müəyyən kvotalar çərçivəsində olsa belə zəruridir. Çünki yeni iş yerləri açılır və işçi qüvvəsinə ehtiyac artır. Bu baxımdan məsələnin incə detallarına diqqət yetirmək vacibdir. Miqrasiya ilə bağlı atılan addımlar yalnız sosial və iqtisadi sferaya deyil, həm də ölkənin daxili siyasi proseslərinə təsir göstərir. Buna görə də müzakirələrin dinamikasını diqqətlə izləməliyik”.

Azərbaycanlılar kütləvi deportasiya oluna bilər - Almaniya sərt addımlara hazırlaşır

Elmar Məmmədyarov

Miqrasiya məsələləri üzrə ekspert, hüquqşunas Əlövsət Əliyev isə bildirib ki, Bundestaq və hökumətin qəbul etdiyi dəyişikliklər ümumilikdə deportasiya proseslərini sürətləndirmək və icrasını asanlaşdırmaq məqsədi daşıyır:

“Bu, artıq qanuni əsaslara görə geri qaytarılmalı olan şəxslər üçün riskləri artırır. Qanun sərtləşditilməkdə davam edir. Azərbaycan vətəndaşlarının kütləvi deportasiyası yalnız əlavə siyasi və hüquqi addımlar (məsələn, “təhlükəsiz mənşə ölkə” kimi təsnifat və ya xüsusi readmissiya razılaşmaları) nəticəsində daha real olar. Hazırkı vəziyyətdə əsas təsir fərdi hallara yönəlib. Yəni bu, kütləvi deportasiyaya yol açmır”.

Ə.Əliyevin sözlərinə görə, son illər Azərbaycandan Avropaya üz tutanların böyük əksəriyyəti Fransaya gedir:

Azərbaycanlılar kütləvi deportasiya oluna bilər - Almaniya sərt addımlara hazırlaşır

Əlövsət Əliyev

“Artıq Almaniyaya gələnlərin də, qaçqın statusu üçün müraciət edənlərin də sayı əvvəlki illərlə müqayisədə azalmaqda davam edir. Buna görə də təbii ki, Almaniyadan deportasiya olunanların da sayı azalmaq istiqamətinə yönələcək.

Müsahibimiz başqa məqama da diqqət çəkib:

“Azərbaycandan Almaniyaya gələnlərin böyük əksəriyyəti qaçqın statusu almaq üçün müraciət edənlər deyil. Əksəriyyət əsasən tələbə vizası ilə təhsilini davam etdirmək istəyənlər, iş vizası ilə gələn mütəxəssislər, iş axtarma vizası ilə gələnlər və ailə birləşməsi əsasında Almaniyaya köçən şəxslərdir. Bu kateqoriyaya aid insanlar kütləvi deportasiyaya məruz qalanlar deyil. Onların hər birinin işi fərdi qaydada araşdırılır və fərdi şəkildə qərar verilir. Bu səbəbdən hesab edirəm ki, 2026-cı ildən Almaniyada qanunların sərtləşdirilməsi fonunda belə, ölkə qaçqın statusunun verilməsi, əcnəbilərin qəbulu, mütəxəssislərin, sahibkarların və iş adamlarının cəlb edilməsi istiqamətində siyasətini davam etdirəcək. Çünki Almaniya daha da inkişaf etmək üçün ixtisaslı kadrlara ehtiyac duyur. Elə buna görə də Azərbaycandan gələnlərin sayı getdikcə artır və artmaqda davam edəcək. Deportasiya riski isə əvvəlki illərlə müqayisədə daha aşağıdır”.

Oxşarxəbərlər

Prezidentdən daha bir SƏRƏNCAM
Manşet

Prezidentdən daha bir SƏRƏNCAM

17/06/2026 15:54
56
SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ
Siyasət

SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ

17/06/2026 15:38
55
Prezident SƏRƏNCAM İMZALADI
Manşet

Prezident SƏRƏNCAM İMZALADI

17/06/2026 15:09
55
Qərbi Azərbaycanın dəyərli oğlu Hidayət Orucovun əziz xatirəsinə
CƏMİYYƏT

Qərbi Azərbaycanın dəyərli oğlu Hidayət Orucovun əziz xatirəsinə

17/06/2026 13:15
127
Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB
Siyasət

Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

17/06/2026 11:16
55
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd
Manşet

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
56
Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
56
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
54
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
56

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.