Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!”

03/04/2026 23:05
Şou-biznes
832 26
Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!”
710
Paylaşım sayı
986
Baxış sayı

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib.

Gündəm24.az   xəbər verir ki, B. Vəziroğlu bu barədə Bizim.Media-ya danışıb.
O, ittifaqın mərhum sədri – Xalq artisti Rasim Balayevin vəfatından qısa müddət keçdiyini və belə bir vaxtda Qurultayla bağlı müzakirələrin aparılmasını düzgün hesab etmədiyini söyləyib:
“Mən rəsmi açıqlama vermişəm. onu şərh edənlərə şərh verməyəcəyəm ki… Demişəm ki, böyük sənətkarımız Rasim Balayevin torpağı soyumamış bu söhbətləri etmək ayıbdır. İttifaq üzvlərinin əksəriyyəti onunla çörək kəsib, dostluq edib, yekdilliklə sədr seçiblər. Hələ 3 gün keçməyib, torpağı istidir, sədr, qurultay söhbəti etmək insanlığa, Azərbaycançılığa yaraşmır.
Hər qurumda olduğu kimi, bu və ya digər səbəbdən vəzifəsini icra edə bilməyən sədrin səlahiyyətləri birinci müavinə həvalə olunur. Bizim birinci katibimiz Şəfiqə Məmmədovadır. Onu əvəz edir. Qurultay çağırılması üçün bir müddət ötməlidir. Bunun üçün də səlahiyyətli orqanlar var, Kinematoqrafçılar İttifaqının katibliyi, İdarə Heyəti var. Onlar yığışıb qərara gəlirlər ki, qurultay keçirilsin, ya keçirilməsin, yeni sədrin namizədliyini versin.
Bu, katibliyin və İdarə Heyətinin səlahiyyətindədir. Bunun üçün də aylar keçə bilər, indi nə qaçaqovdur ki, deyək, tez qurultay çağırılsın? Nə hay-həşirdir? Kim nə şərh verirsə, öz düşüncəsi daxilində şərh verir. Mən kimi söymüşəm, kimi döymüşəm ki, əleyhimə şərhlər verirlər?! Sadəcə İttifaqın katibi kimi nizamnaməyə uyğun açıqlama vermişəm ki, vəziyyət belədir. Birinci katib kimi Şəfiqə Məmmədova sədrin səlahiyyətlərini icra edir. Maliyyə sənədləri var, böyük bir aparat çalışır, icraçı katib var, gündəlik məktublaşmalar, tədbirlərin təşkili var, bunlara icra edən insan imza atmalıdır”.
B. Vəziroğlu, həmçinin Şeyx Əbdülün “Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular” iddiasına münasibət bildirib:
“Bilmirəm, bu şərhi kim verib, mənə maraqlı deyil. Mən 30 ildir orada İdarə Heyətinin katibiyəm. Vaxt var idi, Rüstəm İbrahimbəyovun dövründə bütün işləri mən aparırdım, Rasim Balayev birinci katib idi. Bütün hər şeyə baxırdım. O şərh verənlərin çoxuna Fəxri adlar, mükafatlar verilməsində az da olsa, mənim də zəhmətim olub. Onlar üçün məktublar yazmışıq, qapılar döymüşük. İttifaqlar parçalanandan sonra məni katib kimi dəvət etdilər. Məndən başqa neçə katib var.
Bu söhbətlər mənə çatmır. Başqa vaxt deyərdim ki, kimsə gündəmə gəlmək üçün bunları edir. Amma hələ Rasim Balayevin, bizim dostumuzun, böyük şəxsiyyətin torpağı yaşdır, üstünə tökülən torpaq qurumayıb. Belə söhbətlər etmək ayıbdır. Yazıblar ki, qovublar? Normal insan yazardı ki, işdən çıxarıblar.
Bu küçə ifadələrini işlədən adamdan nə məntiq gözləyirsiniz? Yenə qeyd edirəm ki, ittifaq o vaxt Hökumət evində yerləşirdi, sədrimiz Rüstəm İbrahimbəyov idi. Mən o zamandan idarə heyətinin katibiyəm. Bir çox kinematoqrafçıların fəxri ad almasında, yubileylərinin təşkilində, təqaüdlərinin verilməsində katib kimi iştirak etmişəm. Hamıyla çörək kəsmişəm, söhbət etmişəm, mehriban münasibətimiz olub.
“Axırıncı aşırım” filmində Kərbalayi qan tərəfdarı olan Qəmloya deyir ki, adam yediyi duz-çörəyi tapdalamaz. Həmişə prinsipim budur ki, ən azından susmağı bacarıram. Nə vaxtsa qurultay olacaq, üzvlər kimi seçsə, kim səs çoxluğu qazansa, o da sədr olacaq. İndidən qırğın salmağın kimə nə xeyri və mənası var? Namizədlər saytlarda səslənmir, qurultayda irəli sürülür. İttifaqın üzvləri kimə səs versə, o da seçilir”.
İttifaqın katibi ona öz namizədi ilə bağlı sual verənlər haqqında isə bunları söyləyib:
“Məndən soruşurlar ki, sənin ürəyindəki namizəd kimdir? Cavab vermişəm ki, ürəyimdə Rasim Balayev idi, ona da səs vermişəm, yekdilliklə seçilib. İndi könlümdə heç kim yoxdur. Seçilən sədr mənimlə istəsə, işləyər, istəməsə də, ərizəmi yazıb, üzü sulu çıxıb gedərəm. Nə problem var? Beş günlük dünyadır. Dünən Balayevi dəfn ediblər, Fəxri xiyabandan ayrılmayıblar, amma qanmırlar ki, dünya beş gündür, özün üçün yaşa.
Özləri üçün yaşasalar, başqalarına quyu qazmağa, qeybət etməyə, söz-söhbət yaratmağa vaxtları olmaz. Heç olmasa beş günlük dünyanı özün üçün yaşa. Yoxsa, Mirzə Cəlil demiş, dörd gün bu vacib əməllərlə məşğulsan. Beşinci gün ayılırsan ki, artıq həyat bitdi, heç yaşamamısan ki… Ancaq başın belə işlərə qarışıb. Rəsmi açıqlama vermişəm. Qurultaya da hazırlaşmaq böyük işdir, bunun maliyyə məsələləri, yeri və sairə var. Qurultay “zırıltı” tədbirdir”.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov Baba Vəziroğlu haqqında Musavat.coma bunları söyləmişdi:
“Əvvəla, Baba Vəziroğlunun kinoya, Kino İttifaqına heç bir aidiyyəti yoxdur. O, orada sadəcə özü üçün mövqe qazanmağa çalışır, başqa sözlə desək, ‘daldalanır’. Əgər istəyirsə, getsin Bəstəkarlar və ya Yazıçılar İttifaqına üzv olsun. Onun kinodan danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular. Sonradan yenidən ittifaqa qayıdıb və indi də çıxıb özü üçün bəyanatlar verir. İndi təzədən xeyir ola?”

Oxşarxəbərlər

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”
Manşet

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
956
RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“
Manşet

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

17/10/2026 15:00
955
Elnarə Abdullayeva nənə oldu – VİDEO
Manşet

Elnarə Abdullayeva nənə oldu – VİDEO

17/10/2026 10:12
959
Məni subay oğlan sevə bilməz? – Renka
Manşet

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
966
“Sakitliyim xəbərsizliyim deyil”
Manşet

“Sakitliyim xəbərsizliyim deyil”

17/10/2026 08:20
960
23 il sonra yenidən duet oxuyacaqlar
Manşet

23 il sonra yenidən duet oxuyacaqlar

16/10/2026 19:40
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

17/10/2026 23:47
956
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
956
Bu bürclər gecələri yata bilmir

Bu bürclər gecələri yata bilmir

17/10/2026 23:31
956
Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

17/10/2026 23:23
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1000

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.