Çərşənbə, Oktyabr 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bacısı oğluna işgəncə verən falçı…

14/10/2026 13:47
Hadisə, Manşet
825 17
Bacısı oğluna işgəncə verən falçı…
697
Paylaşım sayı
968
Baxış sayı
Bakı Ağır Cinayətlər Məhkəməsində himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək, xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gündəm24.az  lent.az-a istinadən xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən Ş. F təqsirləndirilən Günay Novruzovanı iş yoldaşı vasitəsilə tanıdığını deyib:
“Bu qadını iş yoldaşım Elnarə sayəsində tanıdım. Deyirdi ki, güclü əməl edəndir, nəfəsi qüvvətlidir, bütün müşküllərinə çarə tapacaq. Mənim də ailəvi problemlərim var idi, düşündüm ki, dərdimə əlac edəcək. Görüşüb danışdıq, məndən əlhaqqı üçün 600 manat pul istədi. Sonra hər dəfə məndən qızıl istəyirdi. Məni elə təsirinə salmışdı ki, evimin pulunu, uşaqlarımın adına olan qızılları gətirib öz əlimlə bu qadına verirdim. Evimin 15-16 min manatlıq qızılını vermişəm Günaya. Deyirdi ki, qızın özünü binadan atacaq, oğlunun nişanı qaytarılacaq. Dua yazıb əməl edəcəm, bunların heç biri baş verməyəcək. Hər onun evinə gələndə uşağın simasında cızıqlar, yaralar, xəttlər görürdüm. Uşaqdan soruşanda deyirdi ki, pişik cırmaqlayıb. Günayın kreslosunun yanında mütəmmadi olaraq bir əl ağacı olurdu. Maraqlanıb soruşdum ki, bu nədir? Cavab verdi ki, pişikləri vururam”.
Növbəti proses 4 noyabr saat 10:00-a təyin olunub.
Xatırladaq ki, 2019-cu ildə Ü. M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü. M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü. M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin sentyabrın 1-də Ü. M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4-cü (Əzabvermə – təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6-cı (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər

Oxşarxəbərlər

İsrail prezidenti Azərbaycana səfərə gəldi
Manşet

İsrail prezidenti Azərbaycana səfərə gəldi

14/10/2026 16:19
954
Bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

Bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir? – Ekspertdən AÇIQLAMA

14/10/2026 16:10
951
Hadisə onun haqqında danışanda ağladı
Manşet

Hadisə onun haqqında danışanda ağladı

14/10/2026 15:45
953
İti hündür mərtəbədən atan şəxsin FOTOsu yayıldı
Hadisə

İti hündür mərtəbədən atan şəxsin FOTOsu yayıldı

14/10/2026 15:27
952
Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı
Manşet

Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı

14/10/2026 15:26
972
İmaməli Rəhman Azərbaycana yola düşdü
Dünya

İmaməli Rəhman Azərbaycana yola düşdü

14/10/2026 15:24
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İsrail prezidenti Azərbaycana səfərə gəldi

İsrail prezidenti Azərbaycana səfərə gəldi

14/10/2026 16:19
954
Bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir? – Ekspertdən AÇIQLAMA

Bankomatdan zədəli pul çıxarsa, vətəndaş nə etməlidir? – Ekspertdən AÇIQLAMA

14/10/2026 16:10
951
Hadisə onun haqqında danışanda ağladı

Hadisə onun haqqında danışanda ağladı

14/10/2026 15:45
953
İti hündür mərtəbədən atan şəxsin FOTOsu yayıldı

İti hündür mərtəbədən atan şəxsin FOTOsu yayıldı

14/10/2026 15:27
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
974

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
971

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
985

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
980

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In