Bazar ertəsi, May 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı Moskvaya qarşı: Səfirliyimizi zədələyənlərə belə cavab veriləcək

25/05/2026 15:25
CƏMİYYƏT
44 0
Bakı Moskvaya qarşı: Səfirliyimizi zədələyənlərə belə cavab veriləcək
56
Baxış sayı

“Tramp layihəsi ləğv olunacaq” iddiası real geosiyasi reallıqlardan daha çox, müəyyən dairələrin regionla bağlı növbəti manipulyasiya və arzuolunanı reallıq kimi qələmə vermək cəhdidir. Erməni əsilli rusiyalı politoloq Karina Gevorkyanın Ermənistanın Azərbaycanla sülh müqaviləsi və bəhs etdiyi layihələr fonunda “fərqli stullarda oturduğunu” iddia etməsi, investorların geri çəkildiyini və xüsusən İranın buna icazə verməyəcəyini vurğulaması birbaşa rəsmi Bakının regional kommunikasiyaların açılması istiqamətindəki uğurlu siyasətinə kölgə salmaq məqsədi daşıyır.

 

İranın Zəngəzur dəhlizi və regional layihələrə qarşı ritorik çıxışları fonunda belə iddiaların dövriyyəyə buraxılması, əslində regional inteqrasiyanı əngəlləmək istəyən Rusiyadakı müəyyən ermənipərəst və revanşist qüvvələrin maraqlarına xidmət edir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın təşəbbüskarı olduğu və regionun simasını dəyişəcək bu nəhəng layihələr həm iqtisadi, həm də strateji baxımdan kifayət qədər möhkəm əsaslara malikdir və hansısa kənar siyasi bəyanatlarla iflasa uğrayacaq xarakterdə deyil.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, bu cür iddialar heç bir ciddi iqtisadi və ya siyasi əsasa söykənmir, sadəcə olaraq regionda yaranmış yeni reallıqları həzm edə bilməyən qüvvələrin propaqandasıdır: “Erməni politoloqların və Rusiyadakı müəyyən analitik mərkəzlərin ortaya atdığı bu tezislər real vəziyyəti əks etdirmir. Zəngəzur dəhlizi və regionda nəzərdə tutulan nəqliyyat-kommunikasiya xətləri beynəlxalq səviyyədə dəstəklənən, böyük güclərin də marağında olan layihələrdir. Kimlərinsə ‘investorlar geri çəkilir’ iddiası tamamilə uydurmadır və heç bir rəsmi təsdiqi yoxdur”. Onun sözlərinə görə, İran amilindən bu şəkildə istifadə edilməsi də regionda süni gərginlik yaratmaq və Azərbaycanın geosiyasi çəkisini azaltmaq cəhdindən başqa bir şey deyil: “İranın müəyyən narahatlıqları və bəyanatları olsa da, Tehran rəsmi Bakı ilə regional əməkdaşlıq formatlarında, o cümlədən Araz dəhlizi layihəsində yaxından iştirak edir. Gevorkyan və onun arxasındakı qüvvələr İranı qorxuducu bir faktor kimi qabağa verərək, əslində öz daxili arzularını, yəni Ermənistanın layihələrdən kənarda qalmasının yaratdığı qorxu və rəşki dilə gətirirlər”.

Professor vurğulayıb ki, investorların geri çəkilməsi barədə yayılan şayiələr də regional layihələrin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədi güdən dezinformasiya kampaniyasının tərkib hissəsidir: “Azərbaycanın apardığı qətiyyətli xarici siyasət və regionda təhlükəsizliyin əsas qarantı rolunda çıxış etməsi, böyük maliyyə institutlarının və dövlətlərin bu coğrafiyaya olan marağını azaltmır, əksinə artırır. Gevorkyan kimi Rusiyada məskunlaşmış erməni əsilli şərhçilərin İranı Ermənistanın ‘xilaskarı’ və layihələrin ‘əngəlləyicisi’ kimi təqdim etməsi, İrəvanın öz suverenliyini qoruya bilməməsinin və kənar güclərin əlində oyuncağa çevrilməsinin növbəti etirafıdır. Zəngəzur dəhlizi reallaşacağı təqdirdə regionda tamamilə yeni bir iqtisadi mühit yaranacaq ki, bundan həm Ermənistan, həm də regionun digər dövlətləri faydalana bilər; lakin revanşist psixologiya bu potensialı görməkdən imtina edərək subyektiv iddialarla gündəm yaratmağa çalışır. Sonda görünən odur ki, regional layihələrin ləğvi barədə səsləndirilən fikirlər geosiyasi təhlildən uzaq, sadəcə olaraq Azərbaycanın diplomatik və iqtisadi qələbələrini həzm edə bilməyən dairələrin növbəti uğursuz arzusudur”.

Oxşarxəbərlər

Ünvanlı sosial yardım müraciətlərinə ən çox hansı səbəblərə görə “yox” cavabı verilir?
CƏMİYYƏT

Ünvanlı sosial yardım müraciətlərinə ən çox hansı səbəblərə görə “yox” cavabı verilir?

25/05/2026 17:43
51
Kamran Əsədovun məhkəməsi keçirildi
CƏMİYYƏT

Kamran Əsədovun məhkəməsi keçirildi

25/05/2026 17:27
51
Xəbərdarlıq edildi- Sabah bunu NƏZƏRƏ ALIN
CƏMİYYƏT

Xəbərdarlıq edildi- Sabah bunu NƏZƏRƏ ALIN

25/05/2026 17:04
52
Evlərini su basanlara pul veriləcək? – Yüzlərlə ev boşaldılıb
CƏMİYYƏT

Evlərini su basanlara pul veriləcək? – Yüzlərlə ev boşaldılıb

25/05/2026 16:45
52
Bakı metrosunda hərəkət qrafiki dəyişdiriləcək
CƏMİYYƏT

Bakı metrosunda hərəkət qrafiki dəyişdiriləcək

25/05/2026 16:18
52
İmtahanlarda “köməklik” göstərənlərə hökm oxundu
CƏMİYYƏT

İmtahanlarda “köməklik” göstərənlərə hökm oxundu

25/05/2026 15:33
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ünvanlı sosial yardım müraciətlərinə ən çox hansı səbəblərə görə “yox” cavabı verilir?

Ünvanlı sosial yardım müraciətlərinə ən çox hansı səbəblərə görə “yox” cavabı verilir?

25/05/2026 17:43
51
Kamran Əsədovun məhkəməsi keçirildi

Kamran Əsədovun məhkəməsi keçirildi

25/05/2026 17:27
51
Xəbərdarlıq edildi- Sabah bunu NƏZƏRƏ ALIN

Xəbərdarlıq edildi- Sabah bunu NƏZƏRƏ ALIN

25/05/2026 17:04
52
“Xoşqədəmin həmin an sanki “qanadları çıxdı””

“Xoşqədəmin həmin an sanki “qanadları çıxdı””

25/05/2026 16:56
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
65

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
56

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.