Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

23/09/2026 14:45
Hadisə
774 59
Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc
689
Paylaşım sayı
957
Baxış sayı
“Burger King”in Azərbaycanda fəaliyyət göstərən filiallarının keçmiş əməkdaşları artıq 3 ildir əməkhaqlarını ala bilmədiklərini iddia edirlər.
Bu barədə “Bakupost”un redaksiyasına 50-yə yaxın keçmiş işçi müraciət edib.
Onların sözlərinə görə, işçilər 2017-2018-ci ildən “Anar Food” MMC-nin tərkibində fəaliyyət göstərən “Burger King” restoranlar şəbəkəsində rəsmi əmək müqaviləsi ilə çalışıblar. Şirkətdə yaranan maliyyə problemlərindən sonra 2023-cü ildə restoranların fəaliyyəti qəfil dayandırılıb və işçilər əvvəlcədən xəbərdar edilməyib.
Keçmiş əməkdaşların iddiasına görə, şirkətin əvvəlki rəhbəri Mirzə Abbas Hikmətoğlu müəssisəni başqa şəxsə satdıqdan sonra əldə edəcəyi vəsait hesabına əməkhaqlarını ödəyəcəyini, həmçinin yeni rəhbərliyin onları işlə təmin edəcəyini bildirib.
Lakin onlar bu günə qədər nə əməkhaqlarını ala bildiklərini, nə də yeni rəhbərlik tərəfindən işə götürüldüklərini deyirlər.
İşçilər bildirirlər ki, onların apardığı araşdırmaya görə, şirkət Azərbaycanda KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsinin rəsmi idarəedicisi və sahibi olan “GFC” MMC-yə satılıb.
9 aylıq əməkhaqqının ödənilmədiyini bildirən Rüfət Əlimərdanov şirkətdə əvvəlcə müdir, daha sonra isə ərazi meneceri vəzifəsində çalışdığını deyir:
“2023-cü ildə şirkətin fəaliyyəti bir gündə tamamilə dayandı. Aylarla yığılan əməkhaqlarımız ödənilmədi. “Anar Food” MMC-nin sahibi Abbas Hikmətoğlu artıq 3 ildir ki, bu ödənişləri etmir. Zəng vurduqda satdığı şirkətdən pulu tam almadığını, pulu aldıqda ödəniş edəcəyini deyir. Lakin konkret tarix bildirmir. Qruplaşmalar şəklində bütün qurumlara müraciət etmişik, lakin şikayətimizə baxılmır”.
Direktor vəzifəsində çalışmış Ülvi Bünyatov ona rəsmi olaraq 12 500 manat əməkhaqqı və digər ödənişlərin verilməli olduğunu bildirir. Onun sözlərinə görə, işçilər 2024-cü ilin sonlarına qədər əmək müqaviləsi üzrə sistemdə saxlanılıb, daha sonra isə onların xəbəri və razılığı olmadan müqavilələrinə xitam verilib:
“Mənə ödənilməli olan ümumi məbləğ 12 500 manatdır. Bunun üzərinə qanunvericiliyə əsasən gecikdirilən hər gün üçün hesablanan ödənişlər, təzminatlar və digər məbləğlər də əlavə olunur.Bizi uzun müddət sistemdə saxlayırdılar, işdən çıxarmırdılar ki, gedib başqa yerdə işləyək.
Abbas Hikmətoğlu əvvəllər işçilərlə birbaşa əlaqə saxlayaraq ödənişlərin ediləcəyini deyirdi. Son zamanlar isə ümumiyyətlə zənglərə cavab vermir. Təzminatlar və digər ödənişlərlə birlikdə mənə olan borcun son hesablamada təxminən 60 min manata çatdığını deyə bilərəm. Mənim kimi təxminən 50 işçi var və onların da pulları ödənilməyib”.
Şirkətdə İnsan Resursları üzrə çalışmış Səbinə Məmmədova isə 18 674 manat əməkhaqqının və 145 günlük istifadə edilməmiş məzuniyyətinə görə ödənişin verilmədiyini bildirib. O qeyd edib ki, pandemiya dövründə bir neçə ay işləməyib, daha sonra ticarət mərkəzlərinin fəaliyyətini bərpa etməsi ilə işinə davam edib:
“Restoranın ticarət mərkəzlərində olan filiallarında iş gedirdi. Mən evdən hesabatlar aparır, sənədlər hazırlayırdım. Bir neçə ay işlədim, amma pul verilmədi. Digər filiallarda işləyən əməkdaşların da maaşları tam ödənilmirdi. Sadəcə 30-50 faizini alırdılar. Qalan məbləğlərlə bağlı Abbas bəy deyirdi ki, sonra ödəyəcək. Lakin sonra nə mən, nə də onlar heç nə ala bildik. Mühasib işdən çıxanda mənimlə hesablaşdı və Abbas bəyin mənə 18 674 manat ümumi borcunun olduğunu bildirdi”.
Digər keçmiş əməkdaşlardan Sergey Pavloviç Tişakov təxminən 24 min manat, Şakir Fədai oğlu Əlihəsənov 3 500-3 900 manat, Vasim Muradov isə 3 500 manat alacağının olduğunu bildiriblər.
Müraciət edən şəxslər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, prokurorluğa və Ombudsmana müraciət etdiklərini, lakin bir nəticə olmadığını bildirirlər.
“Bakupost” şirkətin keçmiş rəhbəri Mirzə Abbas Hikmətoğlu ilə əlaqə saxlayıb. O, işçilərin əməkhaqları ilə bağlı suallarımızı cavablandırmadan artıq həmin şirkətlə çalışmadığını deyərək telefonu söndürdü.
 
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu göndərmişik.

Oxşarxəbərlər

Ailəsinə dayaq olan Mirpaşadan geriyə bu görüntülər qaldı…
Hadisə

Ailəsinə dayaq olan Mirpaşadan geriyə bu görüntülər qaldı…

24/09/2026 16:34
952
Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?
Hadisə

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

24/09/2026 16:30
951
Bakıda maşında meyit tapıldı
Hadisə

Bakıda maşında meyit tapıldı

24/09/2026 16:03
958
Rusiyada tanınmış məşqçini ayı parçaladı – FOTO
Dünya

Rusiyada tanınmış məşqçini ayı parçaladı – FOTO

24/09/2026 15:53
958
Bu rayonda 44 Yaşlı Qadın Evində Yandı
Manşet

Bu rayonda 44 Yaşlı Qadın Evində Yandı

24/09/2026 13:55
973
Sumqayıtda REYD: 22 motosikletçi saxlanıldı – VİDEO
Hadisə

Sumqayıtda REYD: 22 motosikletçi saxlanıldı – VİDEO

24/09/2026 11:34
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bank kartları ilə bağlı daha bir qadağa

Bank kartları ilə bağlı daha bir qadağa

24/09/2026 17:17
964
Anar Bayramov ona yüksək vəzifə verdi – FOTO

Anar Bayramov ona yüksək vəzifə verdi – FOTO

24/09/2026 17:12
954
Ağrıkəsici atarkən diqqətli olun

Ağrıkəsici atarkən diqqətli olun

24/09/2026 17:08
952
Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

Prezident məktəblərlə bağlı FƏRMAN İMZALADI

24/09/2026 16:50
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
961

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.