Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10–12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.
Gündəm24.az bildirir ki, Sərhədçi İdman Mərkəzində təşkil olunan turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə keçirilir.
Yarışda 6 ölkəni təmsil edən 700-ə yaxın idmançı iştirak edir.
Açılış mərasimində Milli Məclisin deputatı Ülvi Quliyev çıxış edərək turnirin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb və belə beynəlxalq yarışların ölkədə idmanın inkişafına mühüm töhfə verdiyini vurğulayıb.























