Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda qadın alimentə görə ərini yabaladı

06/03/2026 15:00
Kriminal
49 1
Bakıda qadın alimentə görə ərini yabaladı
63
Baxış sayı

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Tahirə keçmiş həyat yoldaşı İntiqama (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, yeni yaşayış sahəsində baş verib. Tahirə həmin yerdə yerləşən nömrəsiz fərdi evinin həyətində keçmiş həyat yoldaşı İntiqam ilə mübahisə edib.

Tahirə keçmiş ərindən aliment tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu həyətdən götürdüyü yaba ilə vurub.

Tahirənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Tahirə ifadəsində göstərib ki, 2006-cı ildən etibarən İntiqam ilə ailə həyatı qurublar:

“Həmin evlilikdən 2 övladımız olub. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızdakı münasibətlər pisləşib. 2020-ci il tarixdə boşanmağa qərar verdik. Məhkəmə bizim boşanmağımıza qərar verdi. Amma eyni evdə yaşamaq hüququ verildiyinə görə, məcburən İntiqamla eyni evdə yaşamağa davam etdik. Buna görə də, aramızda tez-tez mübahisələr baş verdi. İntiqam evdən ona düşən payın bir hissəsini satdı. Satdıqca, həyətləri hasara aldı.İntiqam aliment verəcəyi adı ilə öz payına düşən hissəni satsa da, mənə alimentdən heç nə vermədi. Aliment tələb edəndə isə aramızda sözlə mübahisələr yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə, səhər saat 8 radələrində işə gedərkən İntiqam həyətdə qəsdən onunla mübahisə edib:

“Mən reaksiya verəndə İntiqam məni təhqir etməyə başladı. Təhqirlərə dözməyərək ona  cavab qaytardım. Beləcə aramızda dava başladı. Ağacın dibində bir ədəd yaba olub. İntiqam yabanı götürərək mənim üzərimə gəldi və yaba ilə bədənimin qol nahiyəmə, sinə nahiyəmə iki dəfə zərbə vurdu. Mən də ağrının təsirinə dözmədim, müqavimət göstərdim və yabanı İntiqamın əlindən aldım. Yaba ilə İntiqamı qorxuya salaraq özümdən uzaqlaşdırdım. İntiqam yabadan qorxaraq arxaya çəkilsə də, söyüşlərə davam etdi. Mən isə oradan uzaqlaşaraq işə getdim”.

Zərərçəkmiş İntiqamın ifadəsinə görə, 2006-cı ildən etibarən Tahirə ilə ailə həyatı qurublar: “Həmin evlilikdən 2 övladımız var. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızdakı münasibətlər pisləşməyə başladı. 2020-ci ildə boşanmağa qərar verdik. Məhkəmə bizim boşanmağımıza qərar versə də, eyni evdə yaşamaq hüququ verildiyinə görə, məcburən Tahirə ilə eyni evdə yaşamağa davam etdim. Buna görə də aramızda tez-tez mübahisələr baş verdi”.

Zərərçəkmiş qeyd edib ki, hadisədən əvvəlki gecə anasının evində qalıb: “Səhər tezdən saat təxminən 8 radələrində birgə yaşadığımız ünvana gələrək azyaşlı oğlumu bərbərə aparmaq istədim. Bu zaman Tahirə həyətdə yenə mənimlə mübahisə etdi, məni hədələyərək həyətin qarşısına çıxardım. Sonra həyətdə ot üçün olan yabanı götürərək üstümə gələndə, yabanı əlindən alaraq yerə tulladım. Lakin Tahirə yenidən əlinə yerdən taxta parçası alaraq üzümə və bədənimin müxtəlif hissələrinə vurdu. Mən məsələnin böyüməməsi üçün oradan uzaqlaşaraq getdim. Bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etdim. Lakin sonradan təkrar 102-yə zəng edərək şikayətimin olmamasını və polisin gəlməməsini xahiş etdim. Lakin Tahirə məndən sonra 102-yə zəng edərək döyülməsi ilə bağlı şikayət etdi. Lakin bildirdim ki, Tahirəni döyməmişəm, ona hər hansı bir xəsarət yetirməmişəm”.

İntiqamın ifadəsinə görə, Tahirə ona məxsus olan torpağın və evin satılmasına maneçilik yaradıb: “Həmçinin Tahorə mənə məxsus olan “Zil” markalı maşınına zədələr yetirdi. Həmçinin ekspert rəyində göstərilən xəsarətləri Tahirə mənə taxta parçası ilə yetirib”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışıb, ondan şikayətçi olmadığını göstərib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən təqsirləındirilən şəxs azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Oxşarxəbərlər

Azərbaycanda 49 nəfər SAXLANILDI
Kriminal

Azərbaycanda 49 nəfər SAXLANILDI

07/03/2026 10:31
66
Azərbaycanda DƏHŞƏT: Anasını BIÇAQLADI
Kriminal

Azərbaycanda DƏHŞƏT: Anasını BIÇAQLADI

07/03/2026 10:11
66
Gecə 1-də sevgilisini döydü — Söyüşə görə…
Kriminal

Gecə 1-də sevgilisini döydü — Söyüşə görə…

06/03/2026 14:45
75
Sumqayıtda arvadını öldürüb qaçan ər saxlanıldı
Kriminal

Sumqayıtda arvadını öldürüb qaçan ər saxlanıldı

06/03/2026 11:41
57
Dövlətə xəyanət: 4 nəfərə hökm oxundu
Kriminal

Dövlətə xəyanət: 4 nəfərə hökm oxundu

06/03/2026 11:06
66
Sumqayıtda 64 yaşlı kişi güllələndi – FOTO
Kriminal

Sumqayıtda 64 yaşlı kişi güllələndi – FOTO

04/03/2026 20:24
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Donald Trampa sui-qəsd planları hazırlayan şəxs SAXLANILDI

Donald Trampa sui-qəsd planları hazırlayan şəxs SAXLANILDI

07/03/2026 15:30
55
Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO

Ərdoğan hərbi vəziyyətə hazırlıqla bağlı TƏYİNAT VERDİ – FOTO

07/03/2026 15:02
63
İranda universitetlərdə dərslər onlayn olacaq

İranda universitetlərdə dərslər onlayn olacaq

07/03/2026 14:46
60
İraq hava məkanı nə vaxta qədər bağlı qalacaq?

İraq hava məkanı nə vaxta qədər bağlı qalacaq?

07/03/2026 14:45
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.