Bakıda Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus yük maşını piyadanı vurub.
Gündəm24.az xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi MKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır./lent.az














