Cümə axşamı, Oktyabr 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO

01/10/2026 16:09
Hadisə, Manşet
823 8
Bakıda Xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı – VİDEO
688
Paylaşım sayı
955
Baxış sayı
Azərbaycanın Xalq artisti, mərhum Yuri Baliyevin oğlu Artur Baliyev Bakıda bir neçə nəfər tərəfindən döyülüb.
“Bakupost”a müraciət edən Artur Baliyev və anası, Əməkdar artist Nataliya Baliyeva işin obyektiv araşdırılmadığından narazıdırlar.
İnsidentin avtomobildə yaranmış cızıqla bağlı başladığı bildirilir. İddiaya görə, Nataliya Baliyevanın idarə etdiyi avtomobilin başqa maşına toxunaraq onu cızdığı deyilib və məsələni aydınlaşdırmaq üçün Artur Baliyev hadisə yerinə- qonşu həyətə çağırılıb.
Artur Baliyev bildirib ki, anası ilə birlikdə hadisə yerinə gedib və qarşı tərəfə məsələnin polis və sığorta şirkəti vasitəsilə araşdırılmasını təklif edib.
“Dedim ki, əgər araşdırma nəticəsində anamın günahı müəyyənləşsə, dəymiş zərəri ödəməyə hazırıq. Amma bununla razılaşmadılar”, – o bildirib.
Şikayətçinin sözlərinə görə, mübahisə zamanı hadisə yerinə daha bir neçə nəfər gəlib və bundan sonra ona fiziki zor tətbiq olunub.
“Yerə yıxıldım və bir neçə nəfər məni vurmağa başladı. Zərbələr əsasən üzümə, gözümə və bədənimə dəyirdi. Bir nəfər isə sinəmin üstündə oturaraq qalxmağıma imkan vermirdi”, – Artur Baliyev deyib.
Onun sözlərinə görə, bütün bu hadisələr anasının gözü qarşısında baş verib. Artur Baliyev daha sonra polisə və təcili tibbi yardıma özü zəng etdiyini bildirib.
Şikayətçi ərazidə şahidlərin və müşahidə kameralarının olduğunu desə də, sonradan həmin kameralardan hadisəni əks etdirən görüntülərin əldə edilmədiyini qeyd edib.
Ailənin məlumatına görə, təcili yardım briqadası Artur Baliyevə ilkin tibbi yardım göstərib. O, daha sonra Kliniki Tibbi Mərkəzə aparılıb və 4 gün xəstəxanada müalicə olunub.
Hadisə Binəqədi Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırıldıqdan sonra materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zamiq Bağırovun baxdığı bildirilir.
Baliyevlər deyirlər ki, məhkəmə mərhələsində məhkəmə-tibbi ekspertizasının Artur Baliyevin xəsarətlərini yüngül dərəcəli qiymətləndirdiyini öyrəniblər. Ailə həmçinin hadisədə bir neçə nəfərin iştirak etdiyini iddia etdiyi halda, məhkəmə qarşısına yalnız bir nəfərin çıxarıldığını bildirir.
Artur Baliyevin sözlərinə görə, həmin şəxs 2002-ci il təvəllüdlü Turxan Ramin oğlu Zeynalovdur.
Şikayətçi qarşı tərəfin hadisə ilə bağlı fərqli ifadə verdiyini, ona yalnız şillə vurulduğunun bildirildiyini deyir.
“Biz bununla razı deyilik. Mən 4 gün xəstəxanada qalmışam, müxtəlif müayinələrdən keçmişəm. Yuxarı çənəmin sınığına görə uzun müddət müalicə almışam, bir gözümdə isə hələ də görmə ilə bağlı problem var”, – Artur Baliyev bildirib.
Baliyevlər hadisənin bütün iştirakçılarının müəyyənləşdirilməsini, məhkəmə-tibbi ekspertizasının rəyinin yenidən və obyektiv qiymətləndirilməsini, eləcə də iş üzrə bütün sübutların araşdırılmasını istəyirlər.
Ailə məsələnin nəzarətə götürülməsi və ədalətli araşdırılması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini bildirib.
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Ətraflı Bakupost TV-də:

Oxşarxəbərlər

Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ
CƏMİYYƏT

Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ

01/10/2026 17:30
953
Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR
CƏMİYYƏT

Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR

01/10/2026 16:57
951
AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər
CƏMİYYƏT

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

01/10/2026 16:40
951
“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama
Manşet

“Avropa Ukraynaya raket və hava hücumundan müdafiə sistemləri vermir ?” — politoloqdan diqqətçəkən açıqlama

01/10/2026 15:49
994
Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Manşet

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

01/10/2026 15:40
954
Azərbaycanda zəlzələ OLDU
Hadisə

Azərbaycanda zəlzələ OLDU

01/10/2026 15:00
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ

Ermənistanda azərbaycanlının sərhədi keçdiyi iddia olunur – TƏCİLİ

01/10/2026 17:30
953
Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR

Yol polisindən sürücülərə xəbərdarlıq: QƏZA RİSKİ ARTA BİLƏR

01/10/2026 16:57
951
AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

01/10/2026 16:40
951
Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda

Dövlət Qulluqçuları Daha İmtahan Verməyəcək – Yeni Qayda

01/10/2026 16:33
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

“Qafan və Qafanlılar” kitabı işıq üzü görüb

01/10/2026 14:04
1k

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

Mustafa Sandal susmadı: “Yeganə gəlir mənbəyim musiqidir”

01/10/2026 10:05
960

Qərbi Azərbaycanın Qaxsu kəndi – TARİXİ FAKTLAR

Qərbi Azərbaycanın Qaxsu kəndi – TARİXİ FAKTLAR

01/10/2026 08:47
955

“Müəllimi alçaltmaqla cəmiyyətin gələcəyini məhv edirik” – Ekspertdən sərt xəbərdarlıq

“Müəllimi alçaltmaqla cəmiyyətin gələcəyini məhv edirik” – Ekspertdən sərt xəbərdarlıq

30/09/2026 19:41
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In