ABŞ bu obyektin nəzarətini Suriya qoşunlarına təhvil verdi.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Suriyanın şərqindəki Əl-Tanf hərbi bazasından qoşunlarını çıxarıb və bazanın nəzarətini Suriya qüvvələrinə təhvil verib. Şafaq News isə bildirib ki, ABŞ-ın koalisiya qüvvələrinin İordaniya ərazisinə getməsindən sonra Suriya hərbi qüvvələri bazada yerləşməyə başlayıb. Əl-Tanf bazası 2014-cü ildə İslam Dövləti ilə mübarizə və strateji Dəməşq-Bağdad yoluna nəzarət məqsədilə yaradılmışdı.
Sədaqət Həsənova














