Şebekinski rayonunda avtomobilə dron hücumu zamanı bir kişi yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Gündəm24.az xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin son bir gündə Rusiyanın Belqorod vilayətinə zərbələri davam edib. Təxminən 50 pilotsuz uçuş aparatı müxtəlif rayonlara hücum edib; Volokonovski rayonunda bir neçə kənd dronlarla atəşə tutulub, Boçankada isə evlər və tikililər zədələnib.
Şebekinski rayonunda 19 dron hücumu qeydə alınıb, onlardan 9-u ələ keçirilib və ya məhv edilib; bir kişi ağır yaralanıb, başqası isə barotravma və qəlpə xəsarətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda elektrik xətləri və infrastruktur obyektləri zədələnib, bir neçə kənd müvəqqəti olaraq elektriksiz qalıb.
Belqorod rayonunda 11 dron hücum edib, onlardan 7-si məhv edilib; kənd təsərrüfatı və inzibati binalar, eləcə də avtomobillər zərər görüb. Hava hücumundan müdafiə sistemləri digər rayonlarda doqquz dronu vurub, Staroselie kəndinə isə mərmilər düşüb. Hadisənin ümumi nəticələri hələ açıqlanmayıb.
Sədaqət Həsənova













