Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bir sutkada qazanılan tarixi Zəfər

19/09/2026 11:29
CƏMİYYƏT, Manşet
829 8
Bir sutkada qazanılan tarixi Zəfər
693
Paylaşım sayı
962
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

23 saat 43 dəqiqə – Qarabağda separatizmin sonunu gətirən və Azərbaycanın dövlət suverenliyini tam təmin edən tarixi zaman kəsiyi.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Həmin vaxt Azərbaycan Ordusunun bölmələri uzun illər ərzində qurulmuş istehkamları yardı, strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü, separatçı qüvvələrin müqavimət imkanlarını sıradan çıxardı. Azərbaycan dövlət suverenliyini tam bərpa etdi, separatizmə son qoydu və ərazi bütövlüyünü təmin etdi. Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.

AZƏRTAC lokal antiterror tədbirlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salaraq, 23 saat 43 dəqiqəyə sığan həmin günlərin əsas məqamlarını xatırladır.

Bəzən bir hadisənin başlanğıcını onun baş verdiyi gündə deyil, ondan əvvəl gələn proseslərdə axtarmaq lazım gəlir.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bölgədə yeni reallıq yaratmışdı. Lakin Bəyanatın tələblərinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağdan tam çıxarılmamışdı. Onların tərk-silah edilməsi və ərazidən çıxarılması ilə bağlı real addımlar atılmırdı.

Əksinə, qanunsuz silahlı dəstələrin təminatı Ermənistan tərəfindən davam etdirilir, Qarabağa silah-sursat və hərbi təyinatlı vasitələr daşınırdı. Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz ərazilərdə mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının fəallığı artırılır, ərazi və yollar yenidən minalanırdı.

Bununla yanaşı, Ermənistanın siyasi rəhbərliyinin və Qarabağdakı separatçı qüvvələrin atdığı addımlar vəziyyəti getdikcə daha da gərginləşdirirdi.

2023-cü il sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanladı. Cəmi bir neçə gün sonra – sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Bu addımlar təsadüfi görünmürdü. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri, qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək göstərilməsi Ermənistanın hərbi təxribatlara hazırlaşdığını göstərirdi.

Bir tərəfdən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı iddialarından əl çəkmir, digər tərəfdən qondarma qurumun “rəhbərliyi” Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı təklifləri qəbul etmək istəmirdi.

Üçtərəfli Bəyanatın imzalanmasından üç il keçmişdi. Lakin təxribatlar davam edir, terror aktları törədilir, qanunsuz silahlı birləşmələr saxlanılırdı. Belə bir şəraitdə vəziyyətin əvvəlki kimi davam etməsi mümkün deyildi.

Nəhayət, 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

İlk xəbərlər yayılanda artıq Azərbaycan Ordusunun bölmələri qarşıya qoyulmuş konkret hərbi məqsədlərin icrasına başlamışdı. Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətdə və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə sıradan çıxarılır. Lakin bu əməliyyatın daha bir mühüm tərəfi var idi: Hərbi hədəflərlə mülki əhali arasında dəqiq fərq qoyulması.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əməliyyatdan əvvəl bütün hərbi birləşmələrə Qarabağda yaşayan erməni əhalisinin qorunması ilə bağlı ciddi tapşırıq vermişdi: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Beləliklə, əməliyyatın ilk saatlarından həm sürət, həm də dəqiqlik ön plana çıxdı.

Azərbaycan Ordusunun bölmələri irəlilədikcə qarşı tərəfin müdafiə xətti sürətlə yarılırdı. Aparılan tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi. 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 zenit-raket qurğusu, 10-a yaxın “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi.

Gecə düşəndə Müdafiə Nazirliyi silahların yerə qoyulması ilə bağlı çağırış etdi. Bununla qarşı tərəfə döyüşləri dayandırmaq və silahı yerə qoymaq üçün imkan yaradıldı. Lakin çağırış qəbul olunmadı.

Beləliklə, sentyabrın 20-də döyüşlər yenidən davam etdi. Bu dəfə də Azərbaycan Ordusunun bölmələri qarşıya qoyulan tapşırıqları ardıcıl şəkildə yerinə yetirdi. Minalanmış ərazilər, mövqelər, hərbi texnika və silah-sursat ələ keçirilirdi. Həmin gün minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi.

Əməliyyatın miqyası genişlənsə də, onun məqsədi dəyişmirdi: Qanunsuz hərbi infrastrukturu sıradan çıxarmaq və Azərbaycanın öz ərazisində təhlükəsizliyini və suverenliyini təmin etmək.

Qarşı tərəf illər ərzində möhkəmləndirilmiş mövqelər qurmuşdu. Lakin Azərbaycan Ordusunun peşəkarlığı və müxtəlif qoşun növlərinin əlaqəli fəaliyyəti həmin mövqelərin effektivliyini qısa müddətdə aradan qaldırdı. Tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya, radioelektron mübarizə vasitələri və pilotsuz uçuş aparatlarının səmərəli tətbiqi əməliyyatın nəticəsinə ciddi təsir göstərdi. Döyüşçülər bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd və Xankəndi-Xocalı istiqamətlərində irəliləyərək qarşı tərəfin dərinliyinə daxil oldular və yollar üzərində nəzarəti təmin etdilər.

Xüsusi təyinatlı bölmələrə verilmiş əsas tapşırıqlardan biri də əraziyə giriş-çıxışın tam nəzarətə götürülməsi idi. Bu tapşırıq da bütün istiqamətlərdə uğurla yerinə yetirildi.

Artıq separatçı qüvvələrin manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmışdı. Azərbaycan Silahlı Qüvvələrinin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı.

Beləliklə, 24 saatdan da az müddətdə Azərbaycan Ordusu qarşıya qoyulan hərbi tapşırıqları yerinə yetirdi. 15-18 minlik hərbi qruplaşmanın təslim olması ilə Qarabağda qanunsuz silahlı qüvvələrin fəaliyyəti dayandırıldı.

Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları tam şəkildə tərk-silah edildi, Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Antiterror tədbirlərinin sürəti və nəticəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri oldu. Dövlətimizin başçısı deyib: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar…

Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Vətən müharibəsində əldə edilmiş Böyük Qələbənin davamı kimi Azərbaycan tarixində özünəməxsus yer tutdu. Lakin Qələbə yalnız bayrağın ucaldılması ilə tamamlanmır. Əsl qələbənin daha bir üzü var – illərlə doğma yurd həsrəti çəkən insanların öz torpaqlarına qayıtması.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda son illərdə baş verən dəyişikliklər yalnız xəritənin deyil, həyatın özünün də yenidən qurulduğunu göstərir. Bir vaxtlar erməni quldur birləşmələrinin viran qoyduğu ərazilərdə bu gün yeni yaşayış məskənləri salınır, yollar və infrastruktur obyektləri inşa edilir, müasir şəhər və kəndlər qurulur. Evlər işıqlanır, məktəblər açılır, küçələr salınır, doğma torpaqlarından illər əvvəl didərgin düşmüş insanlar öz yurdlarına qayıdırlar.

Beləliklə, 23 saat 43 dəqiqə Azərbaycanın dövlət suverenliyini tam təmin edən tarixi zaman kəsiyi oldu. Bu gün həmin 23 saat 43 dəqiqənin nəticələri Qarabağın hər qarışında görünür. Burada şəhərlər, kəndlər, məktəblər, yollar, evlər, bir sözlə, həyat yenidən qurulur.

Oxşarxəbərlər

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı
CƏMİYYƏT

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…
Dünya

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
960
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
CƏMİYYƏT

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
954
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
CƏMİYYƏT

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

19/09/2026 13:11
954
Tramp onu hava limanında şəxsən qarşılayacaq
Dünya

Tramp onu hava limanında şəxsən qarşılayacaq

19/09/2026 13:05
955
Ombudsmandan Ruben Vardanyanla bağlı iddialara cavab
Manşet

Ombudsmandan Ruben Vardanyanla bağlı iddialara cavab

19/09/2026 12:49
965

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

Azərbaycanda əhali sayı 2 milyon azalacaq – Tarix açıqlandı

19/09/2026 13:50
954
Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

Erməni ordusu nəyə hazırlaşır? – 500 km uça bilən PUA…

19/09/2026 13:40
960
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

19/09/2026 13:35
954
“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

“Şəhid olsaq, bizi bir yerdə basdırarsınız…” – VİDEO

19/09/2026 13:29
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.