Nazir qeyd edib ki, diversifikasiya Botsvananın almaz da daxil olmaqla, “emal sənayesindən faydalanmasını və bu sənayedə iştirak etməsini” və “nadir torpaq mineralları da daxil olmaqla” digər mineralları inkişaf etdirməsini hədəfləyir.
Gündəm24.az xəbər verir ki, Botsvana Rusiya ilə almaz sektorunda əməkdaşlığa açıqdır. Bu barədə TASS-a açıqlamasında ölkənin xarici işlər naziri Fenyo Butale bildirib. Nazir Rusiyanın mədənçilik və emal sahəsindəki təcrübəsindən istifadə etməklə irimiqyaslı layihələrdə əlavə dəyər yaratmağı hədəflədiklərini vurğulayıb. Onun sözlərinə görə, iqtisadi şaxələndirmə strategiyası çərçivəsində Botsvana almazla yanaşı, nadir torpaq mineralları da daxil olmaqla digər faydalı qazıntıların inkişafına xüsusi önəm verir.
Sədaqət Həsənova













