Bazar, Aprel 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu gün SSRİ, sabah Ermənistan – Sabiq deputatın reaksiyası müzakirə yaratdı

27/11/2025 16:30
Gündəm
45 2
Bu gün SSRİ, sabah Ermənistan – Sabiq deputatın reaksiyası müzakirə yaratdı
60
Baxış sayı

Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadənin Bakıda SSRİ bayrağının qaldırılmasına münasibəti diqqət çəkib. O,  Yenisabah saytına açıqlamasında bildirərkən deyib ki, ölkədə demokratiya var və bu, normal haldır. 

Sitat: “Bilirsiniz, onlar da bir partiyadır. Azərbaycanda demokratiya var. Əgər onlar sözlərini belə deyirlərsə, qoy desinlər”.

Digər tərəfdən, noyabrın 26-da SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu konteksdə maraqlıdır, Bakıdakı aksiyanın “demokratiya” kimi qiymətləndirilməsi nə dərəcədə doğrudur? Arif Rəhimzadənin yanaşması düzgündürmü? 

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov deyib ki, ümumilikdə ölkə qanunvericiliyində hər hansı xarici, xüsusilə mövcud olmayan dövlətin bayrağının qaldırılmasının cinayət və ya inzibati xəta olması barədə norma yoxdur:

“Həmin şəxslər bayraq qaldırdıqlarına görə deyil, yəqin ki, ictimai asayişi pozduqlarına görə məsuliyyətə cəlb edilib. Bayraq qaldırmağın özü ilə bağlı hər hansı məsuliyyət nəzərdə tutulmur və bu, qanunvericilikdə ciddi boşluqdur, tənzimlənməlidir. Xüsusilə də Azərbaycanı işğal etmiş bir dövlətin bayrağının qaldırılması pozuntu kimi qiymətləndirilməlidir. Formal olaraq, Arif Rəhimzadə doğru deyir. Amma hesab edirəm ki, məsələ ayrıca qanunla tənzimlənməlidir. Bu gün SSRİ bayrağını qaldıranlar sabah Ermənistan bayrağını da qaldıra bilərlər. Belə hallar üçün konkret məhdudiyyətlər olmalıdır”.

Bu gün SSRİ, sabah Ermənistan - Sabiq deputatın reaksiyası müzakirə yaratdı

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, Arif Rəhimzadə vaxtilə deputat və parlament sədrinin müavini olduğu halda, belə bir qanunun qəbul edilməməsi suallar doğurur:

“Burada söhbət bütün bayraqlardan getmir. Məsələn, Türkiyə və Pakistan bayraqları ölkədə tez-tez qaldırılır və bu, normaldır. Söhbət Azərbaycana qarşı düşmən mövqedə olmuş dövlətlərin bayraqlarının qaldırılmasının hüquqi cəhətdən tənzimlənməsindən gedir”.

Xatırladaq ki, sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
66
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
71
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
60
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
74
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.