Bazar ertəsi, Aprel 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu ölkələr Azərbaycana dəstək verdi – SİYAHI

08/03/2026 21:36
Gündəm
50 2
Bu ölkələr Azərbaycana dəstək verdi – SİYAHI
66
Baxış sayı

İranın Azərbaycan ərazisinə dron hücumu həyata keçirməsi müxtəlif ölkələrin rəsmi şəxsləri və qurumlar, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qınanılıb, məsələ ilə bağlı bəyanatlar yayımlanıb.

Gündəm24.az xəbər verir ki, 52 ölkə və səkkiz beynəlxalq təşkilatın İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycana dəstək mövqeyini təqdim edir:

№ Ölkə / Qurum Rəsmi şəxs və qurumların mövqeləri
1 Albaniya Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Baş nazir Edi Rama isə “X” hesabındakı paylaşımında Azərbaycana dəstəyini ifadə edib.
2 Almaniya Almaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında İranın Naxçıvana dron hücumu pislənib.
3 Amerika Birləşmiş Ştatları ABŞ Dövlət Departamenti bəyanat yayaraq İranın Azərbaycana qarşı səbəbsiz PUA hücumunu qətiyyətlə pisləyib və qəbuledilməz adlandırıb.
4 Avstriya Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger xarici işlər naziri Ceyhun Bayramova zəng edərək həmrəyliyini bildirib.
5 Belarus Belarusun Baş naziri Aleksandr Turçin azərbaycanlı həmkarı Əli Əsədovla, xarici işlər naziri Maksim Rıjenkov isə Ceyhun Bayramovla telefon danışığında İranın dron hücumu ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
6 Belçika Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot İranın Naxçıvana dron hücumu təşkil etməsinə “X” hesabında münasibət bildirib və şiddətlə qınayıb.
7 Bəhreyn Bəhreyn Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranın həm Azərbaycan, həm də Türkiyəyə hücumlarənə , beynəlxalq hüququn normaların kobud şəkildə pozulması adlandırıb.
8 Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın PUA ilə Azərbaycan ərazisinə hücumunu pisləyib.
9 Bolqarıstan Bolqarıstan XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək İranın hücumlarını pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib.
10 Bosniya və Herseqovina Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə ünvanlandığı məktubda İranın hücumlarını qəbuledilməz adlandıraraq Azərbaycanla həmrəy olduğunu qeyd edib.
11 Böyük Britaniya Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında etdiyi paylaşımda İranın Naxçıvana dron hücumlarını pisləyib.
12 Çexiya Çexiyanın Azərbaycandakı səfirliyi də sosial media hesabındakı paylaşımında Naxçıvana qarşı hücumların qəbuledilməz olduğunu bildirib.
13 Efiopiya Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevlə telefon danışığında İranın hava hücumunu qınadığını vurğulayıb.
14 Ermənistan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ceyhun Bayramovla telefon danışığında regionda gərginliyin artmasının qarşısını almağın vacibliyini qeyd edib.
15 Estoniya Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycana dəstəyini “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
16 Əlcəzair Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Ceyhun Bayramovla telefon danışığında Azərbaycanla həmrəy olduqlarını deyib.
17 Finlandiya Finlandiyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvanın mülki hava limanı infrastrukturuna dron hücumlarını qətiyyətlə pisləyib.
18 Fransa Fransa XİN bəyanat yayaraq Naxçıvan aeroportuna edilən dron hücumunu qətiyyətlə pisləyib.
19 Gürcüstan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevlə, XİN rəhbəri Maka Botçorişvili isə Ceyhun Bayramovla telefon danışığı zamanı İranın hücumlaırnı pisləyiblər.
20 Xorvatiya Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman “X” hesabında İranın hücumlarını pisləyərək Azərbaycanla həmrəy olduqlarını bildirib.
21 İordaniya İordaniyanın XİN başçısı Ayman Əl-Səfadi Ceyhun Bayramovla telefon danışığında regional təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.
22 İspaniya İspaniya XİN “X” hesabında paylaşım edərək İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib.
23 İsrail İsrailin XİN rəhbəri Gideon Saar Ceyhun Bayramovla telefon danışığında İranın hücumu qəbuledilməz adlandırıb.
24 İsveç İsveçin Azərbaycandakı səfirliyi bəyanat yayaraq İranın Naxçıvana dron hücumlarını pisləyib.
25 İtaliya İtaliyanın Baş nazirinin müavini və XİN rəhbəri Antonio Tayani Ceyhun Bayramovla telefon danışığında baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.
26 Küveyt Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib.
27 Qazaxıstan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyib, Prezident İlham Əliyev ona dəstəyinə görə təşəkkür edib.
28 Qətər Qətər XİN bəyanat yayaraq Naxçıvan Beynəlxalq Hava Limanının İran PUA-ları ilə hədəfə alınmasını düşmənçilik hərəkəti kimi qiymətləndirib.
29 Qırğızıstan Qırğızıstanın XİN rəhbəri Ceenbek Kulubayev Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ərazisinə dron hücumlarının narahatlıq doğurduğunu bildirib.
30 Latviya Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevlə, XİN rəhbəri Baiba Brajen isə Ceyhun Bayramov ilə telefon söhbəti zamanı İranın hücumunu qətiyyətlə pislədiklərini bildiriblər.
31 Litva Litvanın xarici işlər naziri Kestutis Budris Ceyhun Bayramovla telefon danışığında Naxçıvana dron hücumlarını pisləyib, Azərbaycanla həmrəyliyini bildirib.
32 Liviya Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevlə telefon danışığında İranın hava hücumunu qınayıb.
33 Macarıstan Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə telefon danışığında İranın hücumunu qınadığını vurğulayıb, Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
34 Mərakeş Mərakeşin XİN başçısı Nasser Bourita Ceyhun Bayramovla telefon danışığında Azərbaycanın ərazisinə dron hücumlarını pisləyib.
35 Misir Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında deyib region ölkələrinə, o cümlədən Azərbaycana qarşı hücumların qəbuledilməz olduğunu bildirib.
36 Moldova Moldovanın xarici işlər naziri Mixay Popşoi Prezident İlham Əliyevlə görüşdə İranın hücumlarını qətiyyətlə qınadıqlarını bildirib.
37 Monteneqro Monteneqronun XİN bəyanat yayaraq Azərbaycanla həmrəy olduqlarını bildirib.
38 Niderland Niderlandın XİN rəhbəri Tom Berendsen Ceyhun Bayramova zəng vuraraq İranın hücumlaırnı qınadığını diqqətə çatdırıb.
39 Oman Oman XİN Azərbaycan ərazilərinin PUA ilə hücuma məruz qalmasından narahatlığını ifadə edən bəyanat yayıb.
40 Pakistan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığında İranın Azərbaycana qarşı terror aktlarını qınadığını bildirib.
41 Polşa Polşanın Azərbaycandakı səfirliyi sosial media hesabında İranın Naxçıvana PUA hücumunu qətiyyətlə pisləyən paylaşım edib.
42 Özbəkistan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə, XİN başçısı Baxtiyor Saidov isə Ceyhun Bayramovla telefon danışığında İranın dron hücumlarını qınayıb.
43 Serbiya Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib və Azərbaycanın suverenliyinə dəstəyini bildirib.
44 Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı XİN İranın Azərbaycanı hədəf almasını düşmənçilik kimi dəyərləndirib.
45 Slovakiya Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə məktubunda Naxçıvana hücumu qətiyyətlə pislədiyini bildirib, bu addımı qəbuledilməz adlandırıb.
46 Sloveniya Sloveniya XİN-in “X” paylaşımında İranın Naxçıvan aeroportuna dron hücumu qətiyyətlə pislənib.
47 Sudan Sudanın XİN başçısı Muhi Əl-Din Salem Ahmed Ceyhun Bayramovla telefon danışığında İranın hücumlarının narahatlıq doğurduğunu bildirib.
48 Suriya Suriya XİN “X” hesabında etdiyi paylaşımda İranın dron hücumunu qətiyyətlə pislədiyini bildirib.
49 Türkmənistan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Ceyhun Bayramovla telefon danışığında mövcud vəziyyətin narahatlıq doğurduğunu qeyd edib.
50 Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığında İranın Naxçıvana hücumunu qınadığını bildirib. Bu ölkənin XİN başçısı Haan Fidan Ceyhun Bayramova zəng edərək hücumların beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib.
51 Yunanıstan Yunanıstanın Bakıdakı səfirliyi İranın PUA ilə endirdiyi zərbələri pisləyib.
52 Ukrayna Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Telegram” hesabında İranın Azərbaycana hücumunu pislədiyini yazıb.
53 Avropa İttifaqı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını pisləyən bəyanat yayıb.
54 Avropa Şurası Avropa Şurasının Baş katibi Alen Berse “X” hesabındakı paylaşımında Azərbaycana qarşı dron hücumu gərginliyin azaldılmasının zəruriliyini göstərdiyini qeyd edib.
55 Beynəlxalq Mülki Müdafiə Təşkilatı Təşkilatın yaydığı bəyanatda Azərbaycanla həmrəylik ifadə olunub.
56 BMT BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi mətbuat konfransında Baş katib Antonio Quterreşin İranın Azərbaycana həyata keçirdiyi dron hücumlarından narahatlığını diqqətə çatdırıb.
57 GUAM GUAM İranın Naxçıvana hücumlarını bəyanat yayaraq pisləyib.
58 İslam Əməkdaşlıq Təşkilatı İƏT-nin “X” sosial şəbəkə hesabında edilən paylaşımda İranın dron hücumları pislənərək bu davranışın narahatlıq yaratdığı qeyd olunub.
59 Türk Dövlətləri Parlament Assambleyası TÜRKPA Baş katibi Ramil Həsən İranın Naxçıvana hücumlaırnı pisləyən bəynaat yayıb.
60 Türk Dövlətləri Təşkilatı TDT Baş katibi Kubanıçbek Ömüralıyev bəyanat yayaraq İranın hücumu qınanılıb, Azərbaycanla həmrəylik ifadə olunub.

report

Oxşarxəbərlər

“İlham baba mənə “KamAZ” göndərdi” – VİDEO
Gündəm

“İlham baba mənə “KamAZ” göndərdi” – VİDEO

11/04/2026 20:49
56
“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”
Gündəm

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

11/04/2026 13:44
58
Prospektdəki həmin çuxur təmir edildi
Gündəm

Prospektdəki həmin çuxur təmir edildi

11/04/2026 13:38
57
Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
Gündəm

Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO

11/04/2026 13:02
66
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Gündəm

Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir

11/04/2026 11:24
60
Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?
Gündəm

Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?

11/04/2026 09:13
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
58
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
57
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
56
80 manat alanlarla bağlı AÇIQLAMA

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
58

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
66

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
138

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.