Ekspertlər Məclisinin üzvü və Qum şəhərinin cümə imamı Ayətullah Səidi bildirib ki, İranın ali rəhbərliyi ilə bağlı narahatlığa əsas yoxdur.
Gündəm24.az xəbər verir ki, o, bu barədə Qumda cümə namazı xütbəsində deyib.
“İnsanlar narahat olmasın, başqa bir Xamenei yoldadır. Təkbirlərinizdə ‘Xamenei rəhbərdir’ şüarını unutmayın” – o bildirib.
Ruhani əlavə edib ki, Ekspertlər Məclisi tərəfindən seçiləcək şəxs İslam sisteminin və cəmiyyətin qoruyucusu olacaq. Ayrıca o, Əli Xameneinin sağlığında olduğu kimi indi də onların lideri olduğunu vurğulayıb.














