“Kiyevin nəzarəti altında olan atom elektrik stansiyalarında elektrik kəsintiləri səbəbindən istehsal gücünü vaxtaşırı azaltmaq lazım idi”, – deyə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib.
Gündəm24.az xəbər verir ki, TASS-ın məlumatına görə, Qərb ölkələrinin Ukraynadakı nüvə qəzaları riski ilə bağlı panikası əsassızdır. Bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
O, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin fövqəladə iclasında qeyd edib ki, Kiyevin nəzarətində olan atom elektrik stansiyalarında elektrik kəsintiləri səbəbindən istehsal gücünün müvəqqəti azaldılması halları yaşansa da, vəziyyət tez və problemsiz şəkildə normallaşıb. Ulyanovun sözlərinə görə, bu kontekstdə nüvə qəzaları riski ilə bağlı iddialar məntiqsizdir.
Diplomat izah edib ki, fəaliyyət göstərən atom elektrik stansiyaları öz enerji tələbatını daxili generasiya hesabına ödəyə bilir. Onun sözlərinə görə, yarımstansiyalar da daxil olmaqla, xarici elektrik xətlərindəki fasilələr yalnız istehsal olunan enerjinin ümumi şəbəkəyə ötürülməsinə təsir göstərir və nüvə təhlükəsizliyi üçün risk yaratmır. Ulyanov vurğulayıb ki, nüvə təhlükəsizliyinə cavabdeh olan operatorlar lazımi tədbirləri gördüyü təqdirdə bu cür fasilələrdən qaynaqlanan hər hansı nüvə riski tam istisna olunur.
Sədaqət Həsənova














