Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, bu qərar Moskvanın Britaniya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq verilib.
Gündəm24.az xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında Londonun Rusiya diplomatının akkreditasiyasını ləğv etdiyi bildirilib. Nazirlik qeyd edib: “Bu gün qarşılıqlı tədbirlər görürük və Rusiya diplomatının akkreditasiyasını ləğv edirik”, bu qərarın isə Moskvanın Britaniya diplomatını ölkədən çıxarmasına cavab olduğu vurğulanıb. Bəyanatda həmçinin deyilib ki, Rusiya tərəfindən atılacaq hər hansı əlavə addım eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab veriləcək.
Rusiya Xarici İşlər Nazirliyi 15 yanvarda Moskvanın Britaniya səfirliyinin əməkdaşını Britaniya kəşfiyyatı ilə əlaqəsinə görə ölkədən çıxardığını açıqlamışdı və diplomatın iki həftə ərzində ölkəni tərk etməsi tələb olunmuşdu. Nazirlik əlavə etmişdi ki, London vəziyyəti gərginləşdirsə, Moskva eyni şəkildə cavab verəcək.
Sədaqət Həsənova














