Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dizel qiymətləri tarixi rekordu qırdı: Azərbaycan bazarı üçün isə…

25/03/2026 15:15
CƏMİYYƏT
63 3
Dizel qiymətləri tarixi rekordu qırdı: Azərbaycan bazarı üçün isə…
84
Baxış sayı

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında gəmiçilik hərəkətinin iflic olması qlobal enerji bazarlarında “şok” effekti yaradıb. Bu gərginlik fonunda Avropada neft məhsullarının qiymətləri sürətlə yüksələrək tarixi maksimuma çatıb.

Az kükürdlü qazoylun fyuçersləri hər ton üçün 1 349,25 dollara yüksəlib ki, bu da son dörd ilin ən yüksək göstəricisidir. Dizelin spot qiymətləri isə Şimali Avropada 1 505 dolları ötərək bütün əvvəlki rekordları geridə qoyub. “Insights Global”ın məlumatına görə, strateji mərkəzlərdə yanacaq ehtiyatları kəskin şəkildə azalmaqda davam edir. Analitiklər bu vəziyyəti Fars körfəzindəki tədarük zəncirinin qırılması və təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.

Qlobal bazardakı bu kəskin artımlar fonunda ən çox verilən suallardan biri də budur: Avropadakı bahalaşma dalğası Azərbaycana da çata bilərmi?

Akif Nəsirli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, dünya bazarındakı qiymət artımları Azərbaycanın daxili bazarına birbaşa deyil, dolayı yollarla təsir göstərə bilər:

“Azərbaycanda dizel və benzinin qiyməti liberal deyil, Tarif Şurası tərəfindən tənzimlənir. Buna görə də Avropada qiymət rekord vurduğu gün bizdə dərhal bahalaşma baş vermir. Lakin unutmaq olmaz ki, Azərbaycan həm də neft məhsulları ixrac edən ölkədir. Dünya bazarında qiymətlərin kəskin artması dövlətin ixrac gəlirlərini artırsa da, daxili bazarda müəyyən iqtisadi zəmin yarandıqda hökumət qiymətlərə yenidən baxa bilər. Xüsusilə dizel yanacağı kənd təsərrüfatı və nəqliyyat sektoru üçün strateji məhsul olduğundan, qlobal artımlar fonunda maya dəyərinin yüksəlməsi gələcəkdə daxili tariflərin dəyişdirilməsi ehtimalını gündəmə gətirə bilər”.

O, bildirib ki, hazırkı vəziyyət daha çox istehlak mallarının qiymətinə təsir edə bilər:

“Bizim üçün əsas təhlükə idxal olunan inflyasiyadır. Azərbaycan Avropadan çox sayda istehlak malları və avadanlıqlar idxal edir. Avropada dizelin bahalaşması orada istehsal olunan hər bir məhsulun maya dəyərinin və daşınma xərclərinin artması deməkdir. Bu isə o deməkdir ki, yanacağın qiyməti bizdə sabit qalsa belə, xaricdən gətirilən ərzaqdan tutmuş texnikaya qədər hər şeyin qiymətində artım müşahidə edəcəyik. Yəni qlobal enerji böhranı hər bir halda Azərbaycan istehlakçısının cibinə toxunacaq. Hazırda daxili bazarda yanacağın qiymətini artırmaq üçün kəskin zəmin olmasa da, qlobal gərginlik uzun müddət davam edərsə, bu məsələ hökumətin iqtisadi planlarında yer ala bilər”.

Oxşarxəbərlər

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”
CƏMİYYƏT

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

18/06/2026 13:01
50
Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi
CƏMİYYƏT

Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

18/06/2026 12:53
50
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz
CƏMİYYƏT

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

18/06/2026 12:38
50
Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu
CƏMİYYƏT

Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu

18/06/2026 12:19
50
Azərbaycanda benzin istehsalı artıb
CƏMİYYƏT

Azərbaycanda benzin istehsalı artıb

18/06/2026 11:55
50
Fərhad Abdullayev: “Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz”
CƏMİYYƏT

Fərhad Abdullayev: “Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz”

18/06/2026 11:16
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

Qulam Babayev: “Zəlzələlərin baş verməsi qaçılmazdır, sadəcə, insanlar təşvişdə olmamalıdırlar”

18/06/2026 13:01
50
Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

Tanınmış müəllim Qalib Məmmədov vəfat etdi

18/06/2026 12:53
50
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – Proqnoz

18/06/2026 12:38
50
Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu

Rəna Məmmədova yükək VƏZİFƏYƏ təyin olundu

18/06/2026 12:19
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
66

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
51

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In