57 nəfər xəstəxanaya yerləşdirilib.
Gündəm24.az xəbər verir ki, Kolumbiyanın cənubundakı Putumayo departamentində Hercules C-130 hərbi təyyarəsi qəzaya uğrayıb və ən azı 66 nəfər həlak olub. Bu barədə Caracol televiziyası ölkə ordusuna istinadən məlumat yayıb.
İlkin məlumatlarda ölənlərin sayı 34 göstərilsə də, son hesablamalara görə itkilər artıb.
128 nəfərin olduğu təyyarədən 57-si xəstəxanaya yerləşdirilib, biri xəsarət almayıb. Daha dörd cəsəd hələ tapılmayıb.
Sədaqət Həsənova














