Elgiz Əkbərin ARB-də yayımlanan verilişi bağlanıb. Bəs indi aparıcı haradadır, hansı fəaliyyətlə məşğuldur, efirlərə nə zaman qayıdacaq?
Suallarımıza cavab almaq üçün aparıcı Elgiz Əkbərlə əlaqə saxladıq.
O Ajans.az–a bildirdi ki, mövzu ilə bağlı hələ ki, heç bir açıqlama vermək istəmir.
“ Özüm yetəri qədər sual alıram. Sosial şəbəkələrdə 2 böyük səhifəm var. Əgər ehtiyac görərəmsə, məsələ ilə bağlı ictimaiyyətə açıqlama verərəm ya da paylaşım edərəm. Təşəkkürlər.” deyə, aparıcı fikirlərini bildirib.














