Azərbaycanda bu Universitetin müəllimlərinin maaşlarına əlavələr edilib.
Gündəm24.az Oxu24.com-a istinadən xəbər verir ki,Naxçıvan Dövlət Universitetində çalışan müəllimlərin maaşları Müəllimlər Günü ilə bağlı olaraq artırılıb.
Bununla bağlı Universitetin rektoru Elbrus İsayev əmr imzalayıb.

Artımın minimum 250-300 manata yaxın olduğu bildirilir.
Qeyd edək ki,Universitetdə 561 nəfər müəllim çalışır.Hazırda Universitetin 40 min məzunu var.













