Cümə axşamı, İyul 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Əməkdar jurnalist komaya düşdü – Vəziyyəti ağırdır

16/07/2026 14:23
Hadisə
40 2
Əməkdar jurnalist komaya düşdü – Vəziyyəti ağırdır
53
Baxış sayı

Azərbaycanın tanınmış siyasi analitiklərindən, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.

Gündəm24.az xəbər verir ki, onun durumu son dərəcə ağır qiymətləndirilir.

Bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.

Emil Mustafayev bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.

Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında koma vəziyyətindədir.

Bu xəbər Azərbaycan jurnalist cameəsində dərin kədər hissi yaradıb. Həmkarları və oxucuları tanınmış publisistin tezliklə sağalması üçün dualar edir.

 

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya olan böyük marağı onu jurnalistikaya gətirib.

O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, Minval Politika xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.

Nurani Qasımova uzun illərdir beynəlxalq münasibətlər, Rusiya, Cənubi Qafqaz, Yaxın Şərq və geosiyasi proseslərə dair analitik yazıları ilə Azərbaycanın ən nüfuzlu siyasi yazarlarından biri kimi tanınır. Onun dərin təhlilləri, peşəkar yanaşması və prinsipial mövqeyi həm media cameəsində, həm də oxucular arasında böyük hörmət qazanıb.

Nurani Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Nurani Qasımova Azərbaycan jurnalistikasında dərin iz qoymuş tanınmış qələm sahibləri – Fazil Qasımov və Dilbər Axundzadənin qızıdır.

Onun atası Fazil Qasımov uzun illər Azərbaycan mətbuatında nüfuzlu jurnalist kimi tanınıb. Anası Dilbər Axundzadə da peşəkar jurnalist kimi media aləmində böyük hörmət qazanmış simalardan olub. Son illərdə əvvəlcə Fazil Qasımov, daha sonra isə Dilbər Qasımova dünyasını dəyişib.

İndi isə həmin ziyalı və jurnalist ailəsinin istedadlı davamçısı, Azərbaycanın ən parlaq siyasi publisistlərindən biri olan Nurani Qasımovanın həyatı üçün mübarizə aparması jurnalist cameəsini dərindən sarsıdıb.

Musavat Media Qrupu olaraq həmkarımız, Əməkdar jurnalist Nurani Qasımovaya Allahdan şəfa diləyir, ailəsinə, doğmalarına və bütün həmkarlarına səbir arzulayırıq.\\musavat.com

Oxşarxəbərlər

Bakıda yanğın başladı
Hadisə

Bakıda yanğın başladı

16/07/2026 17:46
51
Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? – Video
Hadisə

Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? – Video

16/07/2026 16:42
52
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə

Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb

16/07/2026 15:01
54
Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO
Hadisə

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

16/07/2026 14:32
52
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı
Hadisə

Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı

16/07/2026 12:18
55
Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Hadisə

Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

16/07/2026 10:32
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Avqust ayının qeyri-iş günləri- TƏQVİM

Avqust ayının qeyri-iş günləri- TƏQVİM

16/07/2026 17:48
50
Bakıda yanğın başladı

Bakıda yanğın başladı

16/07/2026 17:46
51
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16/07/2026 17:25
52
Balakəndəki görüntülər müzakirə yaratdı: İşçi geyimi qanunidirmi?

Balakəndəki görüntülər müzakirə yaratdı: İşçi geyimi qanunidirmi?

16/07/2026 17:11
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
59

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.