Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq” – Prezident

20/01/2026 20:44
Manşet, Siyasət
57 1
“Ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq” – Prezident
74
Baxış sayı

“Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”.

Gündəm24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Ermənistanla sülh mövzusuna və ondan əvvəlki 30 illik münaqişə dövrünə qayıdaraq demək istərdim ki, ölkə və xalq olaraq biz çox ağır dövrlər yaşamışıq. Ərazilərimizi itirmişik, bir milyon insan evsiz və məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin biz ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etmək iradəmizi itirmədik. Bu, 30 ilimizi aldı. Yəni 30 il əvvəl, 20 il əvvəl, 10 il əvvəl və indi beynəlxalq institutların davranışı dəyişmədi. Dəyişən biz olduq. Biz problemlərimizi kimsənin gəlib bizim yerimizə həll edəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliyə bağladığımız bütün ümidlər tamamilə puç oldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ən ali beynəlxalq qurum Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Bu qətnamələr kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq institutlar çoxsaylı sənədlər qəbul etdilər. Lakin vəziyyət yalnız biz onu öz əlimizə aldıqdan sonra dəyişdi. Biz bunu etdik. Ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, daha sonra isə sülhə nail olduq”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, 30 il əziyyət çəkmiş bir ölkənin lideri üçün doğru zamanda dayanmaq son dərəcə məsuliyyətli və vacib qərardır: “Biz münaqişəni davam etdirə bilərdik. Mən bunu açıq şəkildə demək istəyirəm. Lakin bu, sonsuz müharibələrə gətirib çıxarardı. Daha çox əzab, daha çox qurban demək olardı. Müharibə heç vaxt bitməzdi. Kimsə bu prosesi dayandırmalı idi. Biz də onu dayandırmaq qərarına gəldik. Bu, Ermənistan və Azərbaycan rəhbərliyinin müharibə səhifəsini bağlamaq və sülh imkanlarından istifadə etmək barədə birgə qərarı idi”.

Oxşarxəbərlər

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB
Dünya

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı — YENİLƏNİB

02/03/2026 20:50
75
Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”
Dünya

Putindən İran müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Hazırıq”

02/03/2026 18:54
53
Baş nazir qərar imzaladı
Manşet

Baş nazir qərar imzaladı

02/03/2026 18:11
54
Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…
Dünya

Xameneinin olduğu yerin koordinatlarını onlar verib – Bu qədər dəqiq hədəf…

02/03/2026 18:04
52
Xameneinin arvadı da öldü – FOTO
Dünya

Xameneinin arvadı da öldü – FOTO

02/03/2026 17:27
53
Prezident fərman imzaladı
Manşet

Prezident fərman imzaladı

02/03/2026 16:40
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

SON DƏQİQƏ ! İran təhlükəli BƏYANAT YAYDI

02/03/2026 23:40
51
Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

Pezeşkian İran küçələrində görüntüləndi – FOTO

02/03/2026 23:27
57
Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səhhəti pisləşdi

02/03/2026 23:15
52
Təbrizin hərbi hava bazası vuruldu

Təbrizin hərbi hava bazası vuruldu

02/03/2026 23:11
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

02/03/2026 03:46
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.