Fransanın Avropa təhlükəsizliyi və nüvə çəkindirmə strategiyası ilə bağlı növbəti planları məlum olub. Rəsmi Paris digər Avropa dövlətlərinin ərazisində öz nüvə arsenalını yerləşdirmək niyyətində deyil.
Gündəm24.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, Fransanın nüvə çəkindirmə planı Avropa ölkələrində birbaşa silah yerləşdirməyi deyil, daha çox Fransa qırıcıları üçün hava məkanından, hərbi bazalardan və yanacaqdoldurma imkanlarından seçici şəkildə istifadə edilməsini nəzərdə tutur.
Məlumatda həmçinin qeyd olunur ki, rəsmi Paris NATO-nun mövcud nüvə əməkdaşlığı modelinə bənzər bir tərəfdaşlıq formatını da nəzərdən keçirmir. Bu səbəbdən Fransanın öz nüvə strategiyasında müstəqil hərəkət etmək xəttinə sadiq qalacağı diqqətə çatdırılır.//KONKRET.az














