Regional qubernator bildirib ki, dron hücumu nəticəsində yalnız çoxmərtəbəli bina deyil, həmçinin uşaq bağçası və fabrik də ziyan görüb.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Volqoqrad vilayətində dron hücumu şəhərdə ciddi dağıntılara səbəb olub: çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, fabrikdə yanğın baş verib və uşaq bağçasının ərazisinə qalıqlar düşüb. Qubernator Andrey Boçarovun açıqlamasına görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf edir. İlkin məlumatlara görə, hadisədə xəsarət alan olmayıb, təcili yardım xidmətləri isə qalan PUA-ların qalıqlarını axtarıb çıxarır.
Sədaqət Həsənova














