Türkiyədə gilas yığmaq üçün ağaca çıxan kişi faciəvi şəkildə ölüb.
Gündəm24.az xəbər verir ki, hadisə Çorum rayonunun Osmancık qəsəbəsində baş verib.
Məlumata görə, gilas toplamaq üçün ağaca çıxan 72 yaşlı Mustafa Gök tarazlığını itirərək dəmir məhəccərlərin üzərinə yıxılıb. Məhəccərlərin bədəninə batması nəticəsində yaşlı kişi ağır yaralanıb.
Çağırışa gələn tibb işçiləri tərəfindən Mustafa Gök xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı polis araşdırmalara başlayıb.(lent.az)















