Milli Hidrometeorologiya Xidməti avqustun 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Gündəm24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Goranboy, Naftalan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metrədək təşkil edəcək.













