Gəncədə qətl hadisəsi baş verib.
Gündəm24.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı Ö.T. saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.














